Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib

2155349
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

 

  Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması barədə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

  Baş nazir Əli Əsədovun imzaladığı qərara görə, koronavirus (Covid-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il oktyabrın 1-i saat 06:00-dək uzadılıb.

 



Әlaqәli Xәbәrlәr