Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvə toplantısı sona çatdı

Pakistan ilə Hindistanın Şanxay təşkilatına tam hüquqlu üzv olması qərarı qəbul olunub.

749669
Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvə toplantısı sona çatdı

  Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Zirvə toplantısı sona çatdı.

  Qazaxıstan prezidenti Nursultan Nazarbayev təşkilatın yeni mərhələyə keçdiyindən bəhs edib.

  Pakistan ilə Hindistanın Şanxay təşkilatına tam hüquqlu üzv olması qərarı qəbul olunub.

  Zirvə toplantısında Qırğızıstan prezidenti Almazbek Atambayev, Tacikistan prezidenti Emomali Rahmon, Özbəkistan prezidenti Şefket Mirziyoyev, Rusiya prezidenti Vladimir Putin, Çin başçısı Şi Cinpinq, Pakistan Baş naziri Navaz Şərif, Hindistan prezidenti Narendra Modi, Belarus prezidenti Aleksandr Lukaşenko, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Əfqanıstan prezidenti Əşrəf Qani, Monqolustan prezidenti Tsaxiaqiin Elbeqdorj və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutteres iştirak ediblər.

  Sammitin əsas gündəmini Pakistan ilə Hindistanın təşkilata üzvlük prosesinin tamamlanması, qlobal və regional təhlükəsizlik, Şanxay təşkilatı dövlətləri arasında ticarət, iqtisadi, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi mövzuları olub. 

  Rusiya prezidenti Vladimir Putin təşkilatın genişlənmə qərarının 2015-ci ildə Rusiyada keçirilən Ufa Zirvə toplantısında verildiyini xatırladaraq deyib: "İki il içində Hindistanla Pakistan bütün lazımi şərtləri və prosedurları yerinə yetirib. İndi bizim hədəfimiz yeni ortaqlarımızın təşkilat daxilində davam edən çox planlı işlərə qoşulmasını təmin etməkdir… Terror və ifratçılığın artdığı bir dünyada terror ideologiyasını yox etmək üçün bütün tədbirlərin görülməsi lazımdır."

  Toplantının sonunda Qazaxıstan 2017-2018-ci il Şanxay Əməkdaşlıq Təşkilatının dövri sədrliyini Çinə təhvil verib.

  Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistanın birgə iştirakı ilə qurulub. Məqsədi üzv dövlətlər arasında siyasi, ticari, iqtisadi, elm, mədəniyyət, təhsil və başqa sahələrdə qarşılıqlı iş birliyi və etibarı möhkəmləndirməkdir. Türkiyə isə 6-7 iyun 2012-ci ildən yekdilliklə dialoq ortaqlığına qəbul edilib.



Әlaqәli Xәbәrlәr