Özbəkistanda Media Həftəsi

Özbəkistanın inkişaf strategiyası 500-dən çox mətbuat nümayəndəsinə açıqlanıb.

662731
Özbəkistanda Media Həftəsi

  Özbəkistanda Media Həftəsi təşkil edilib. Həftə boyu davam edən tədbirlər Özreport və Mənim Yurdum kanallarında birbaşa yayımlanıb. Tədbirlərdə Özbəkistanın inkişaf strategiyası 500-dən çox mətbuat nümayəndəsinə açıqlanıb.

  Özbəkistanın 2017-2021-ci illər arasında iqtisadiyyat, təhsil, təhlükəsizlik, məhkəmə və beynəlxalq əlaqələr kimi sahələrdə yeni strategiyalar müəyyən olunub. Bunların ictimaiyyətlə paylaşılması məqsədilə təşkil edilən tədbirləri dəyərləndirən səlahiyyətlilər nəticədən məmnun qaldıqlarını bildiriblər.

  Ölkə başçısı Şövkət Mirziyoyevin xalqla 6 ay sürən görüşlərindən sonra hazırlanan strategiya üç maddədən ibarətdir.

  1-cisi, əvvəlki prezident tərəfindən mənimsənən özbək inkişaf modeli,

2-cisi, dünya ölkələrinin təcrübələri,

3-cüsü, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilən "sabit inkişaf yolları" layihəsinin Özbəkistana uyğunlaşdırılması.

  Bu mövzuların müzakirə olunduğu son iclasda Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, UNESCO, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nümayəndələri və səfirlər iştirak edib.



Әlaqәli Xәbәrlәr