Düşən yük təyyarəsində texniki problem olmadığı bildirilib

Bişkek yaxınlığındakı bir yaşayış yerinə düşən yük təyyarəsində texniki bir problemin olmadığını bildirib.

658277
Düşən yük təyyarəsində texniki problem olmadığı bildirilib

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlətlərarası Aviasiya Komitəsi (MAK), 16 yanvarda Qırğızıstanın paytaxtı Bişkek yaxınlığındakı bir yaşayış yerinə düşən yük təyyarəsində texniki bir problemin olmadığını bildirib.

MAK-ın sədri Leonid Kaşirskiy təşkil etdiyi mətbuat konfransında deyib ki, qəza ilə əlaqəli bütün ssenarilər və pilotların fəaliyyətləri araşdırılır, təyyarədəki avadanlığlarla texniki işlər icra edilir. Qəza anında təyyarədəki bütün sistemlər düzgün şəkildə işləyirdi.

MAK-ın təyyarənin qara qutularını da araşdırdığını və texniki problemə dair heç bir məlumatın yer almadığını da vurğulayan Kaşirskiy təyyarədə hər hansı partlayıcı və ya təhlükəli maddənin olmadığını da bildirib.

MAK-ın sədri dağıntıdan götürülən bir sənəddə təyyarədəki yükün İstanbuldakı bir müştəriyə aid olduğu və Bişkekdə yanacaq alınmasının texniki baxımdan planlı olduğunu vurğulayıb.

MAK-ın təyyarənin yanacaq almadan İstanbula hər şərtdə çata bilməyəcəyi fikirində olduğunu qeyd edən Kaşirskiy bildirib ki, hər şey yük miqdarından asılıdır, yük nə qədər çox olsa, yanacaq o qədər az olur. Təyyarədə 86 ton yük var idi, yanacaq doldurmaq üçün eniş etmişdi.

Kaşirskiy təyyarənin eniş səbəbi ilə əlaqəli bir nəticə əldə etmək üçün ən az 4 ilə 6 aya ehtiyac olduğunu söyləyib.

Leonid Kaşirskiy hələlik komitənin ön hesabat hazırladığını və bu hesabatın yaxın zamanda təyyarənin amerikalı istehsalçı firmasına və istifadəçi ölkə Türkiyəyə göndəriləcəyini qeyd edib.

Mərkəz qərargahı İstanbulda olan ACT Hava yollarına aid yük təyyarəsi 16 yanvarda Bişkekdəki Manas Hava limanına enişi əsnasında məskunlaşma yerində evlərin üstünə düşmüşdü.

Qırğız səlahiyyətlilər təyyarənin düşməsi nəticəsində ikisi pilot 4 heyətlə birlikdə 35 Qırğızıstan vətəndaşının həyatını itirdiyini, 16 adamın isə yaralandığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr