Qırğızıstan parlamenti hökumətin proqramını təsdiqlədi

Ölkə parlamenti-Joqorku Keneş noyabrın 9-da keçirilən plenar iclasında hökumətin strukturunu və proqramını təsdiqləyib.

608141
Qırğızıstan parlamenti hökumətin proqramını təsdiqlədi

Qırğızıstanın Baş nazirinin səlahiyyətlərini icra edən Sooronbay Jeenbekovun təqdimatına görə ölkə parlamenti-Joqorku Keneş noyabrın 9-da keçirilən plenar iclasında hökumətin strukturunu və proqramını təsdiqləyib.

Sooronbay Jeenbekov Qırğızıstanın Baş naziri, Muxammetkalıy Abulqaziev birinci müavin, Oleq Pankratov, Çolpon Sultanbekova və Jeniş Razakov Baş nazirin müavinləri, Akılbek Osmonaliev nazir postunda Hökumət Aparatının rəhbəri vəzifələrinə təsdiq ediliblər.

Parlamentin iclasında Arzıbek Kojoşevi iqtisadiyyat, Adılbek Kasımaliev maliyyə, Nurbek Muraşev kənd təsərrüfatı, yeyinti sənayesi və meliorasiya, Jamşitbek Kapilov nəqliyyat və yollar, Uran Axmetov ədliyyə, Erlan Abdıldaev xarici işlər, Ulan İsrailov daxili işlər, Kubatbek Boronov fövqəladə hallar, Talantbek Batıraliev səhiyyə, Tuqelbay Kazakov mədəniyyət, informasiya və turizm, Qulmira Kudayberdieva təhsil və elm, Talaykul İsankulov əmək və sosial inkişaf nazirləri vəzifələrinə təyin ediliblər.

İclasda həmçinin Duyşenbek Zilalievin sənaye, energetika və təbii sərvətlər, Bakıt Şarşenbiev informasiya texnologiyaları və rabitə, Abdil Seqizbaev milli təhlükəsizlik komitələrinin sədrləri vəzifələri təsdiq olunub.



Әlaqәli Xәbәrlәr