Özbəkistanda prezidentliyə namizədlər müəyyən olundu
Özbəkistanda İslam Kərimovun vəfatından sonra dekabrın 4-də keçiriləcək növbədənkənar prezident seckiləri üçün bütün siyasi partiyaların namizədləri müəyyən olundu.
Milli Şahlanış Demokrat Partiyasının lideri Sarvar Atamuradov, Ədalət Sosial Demokrat Partiyasının lideri Nariman Umarov, Xalq Demokrat Partiyası lideri Hotamjon Ketmonov namizəd olaraq göstərildi.
Özbəkistanın müvəqqəti prezidenti Şavkat Mirziyoyev, Liberal Demokrat Partiyasının toplantısında prezidentliyə namizəd olaraq açıqlanıb.
Partiyaların mərkəzi idarə heyətlərində müəyyən olunan namizədlər partiya qurultaylarında təsdiq edildikdən sonra Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət edə biləcəklər.
Özbəkistan qanunlarına görə, yalnız siyasi partiyalar prezidentliyə namizəd irəli sürə bilərlər. Dekabrın 4-də keçiriləcək prezident seçkilərində 35 yaşı tamamlanmış və son 10 ildə ölkədə davamlı olaraq yaşayanlar prezidentliyə namizəd olaraq iştirak edə bilərlər.
Әlaqәli Xәbәrlәr
Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub