Kainatda nizam da var, xaos da, çünki … (mətin və audio)

İnsanlar kainat haqqında ən qədim dövrlərdən bəri düşünürlər ...

2138094
Kainatda nizam da var, xaos da, çünki … (mətin və audio)

Kainat: nizam və xaos

 

  Müşahidə edilə bilən, kainatın çox kiçik bir hissəsini təşkil edən Günəş sistemi və onun da çox kiçik bir hissəsindən ibarət Yer kürəsi bu nəhəng fəza aləminin hərəkətdə olduğu haqqında bildiyimiz yeganə planetlərdir.

  İnsanlar kainat haqqında ən qədim dövrlərdən bəri düşünürlər. İnkişaf edən texnologiyanın təmin etdiyi müşahidə imkanları ilə hətta kainatın yaranmasından qısa müddət sonra meydana gələn ulduzların işığını belə çəkə bilmişik. Ancaq kainat haqqında əldə edilən hər bir məlumat özü ilə yeni sual işarələri gətirir.

  Fəlsəfə və elm min illərdir bu sualı verir: "Kainat necə işləyir?" Bu sualın ən qısa cavabı həm bildiyimiz, həm də bilmədiyimiz ola bilər. Çünki kainatda mürəkkəb və müxtəlif nizamlar var, eyni zamanda xaotik və təsadüfi proseslər gedir. Bu da o deməkdir ki, kainatda həm nizam, həm də xaos hökm sürür. Məsələn, ulduzların hərəkəti, planetlərin orbitləri, qalaktikaların əmələ gəlməsi kimi kosmik proseslər bugünkü elm tərəfindən hesablana bilən və nizamlı bir quruluş nümayiş etdirən qanunlara tabedir. Lakin təbii fəlakətlər, meteorların vurması və vulkan püskürmələri kimi hadisələr təsadüfi və xaotik proseslərdir. XI əsrdə yaşamış və müasir optikanın banisi sayılan İbnul Heyzəmin sözlərilə desək, “Kainat dəyişikliklərə baxmayaraq, bir nizamdır, ayrıntılara rəğmən ahəngdədir”.

  “Müəyyən qanunauyğunluqlar, yoxsa xaotik proseslər üstünlük təşkil edir?” sualının cavabı miqyas və kontekstdə dəyişə bilir. Məsələn, kosmik nizamlar makromiqyasda, molekulyar təsadüflük isə mikromiqyasda daha aydın görünür.

  Kainatdakı nizamı və ya nizamsızlığa doğru hərəkəti ortaya qoyan qanun “Termodinamikanın ikinci qanunu” adlanır. Maraqlıdır ki, kainatdakı nizamsızlıq davamlı olaraq bir istiqamətli şəkildə artır. Bu da enerjinin davamlı olaraq daha faydalı formadan daha az istifadə edilə bilən formaya keçdiyinə gətirib-çıxarır. Qısası, kainatda nizamsızlıq durmadan artır və bu, birtərəfli geridönməz bir prosesdir.

  Bu cür geniş və hətta deyə bilərik, sonsuz bir mövzunu ümumiləşdirmək təbii ki, mümkün deyil. Amma təsirli olan odur ki, bir-birinə zidd olan anlayışlar birlikdə Yer kürəsini nizama sala və dünyaya baxışımızı dəyişə bilir.  



Әlaqәli Xәbәrlәr