Türkiyə xaricdən enerji asılılığını necə azaldacaq?

Qara dənizdə yeni fəaliyyət

2144006
Türkiyə xaricdən enerji asılılığını necə azaldacaq?

Türkiyə və enerji məsələsi

 

  Türkiyə Qara dənizdə seysmik tədqiqat və karbohidrogen kəşfiyyat fəaliyyətlərini davam etdirərkən daha bir mühüm addım atıldı: Sakarya Təbii Qaz Sahəsindəki “Göktepe-2” quyusu üçün “Fatih” qazma gəmisi tərəfindən işlərə başlanıldı. Rumıniya-Türkiyə müstəsna iqtisadi zonası sərhədinə yaxın bölgədə yerləşən “Göktepe-2”, beləliklə, Qara dənizdə 25-ci Təbii Qaz hasilat quyusu oldu.

  Qazma işləri başa çatdıqdan sonra Türkiyənin Sakarya qaz yatağında gündəlik hasilatının 40 milyon kubmetrə yüksələcəyi gözlənilir. Bu da o deməkdir ki, Qara dənizdəki təbii qaz yataqlarında ehtiyatlar 710 milyard kubmetrə qədər artacaq. Məqsəd təbii qaz hasilatının miqdarını artıraraq gündəlik 60 milyon adamın təbii qaz ehtiyacını ödəməkdir.

  Bəs, uzun illərdir beynəlxalq boru kəmərlərindən gələn təbii qazdan asılı olan Türkiyə bu prosesə necə gəlib? Enerjidə müstəqillik atəşi necə alovlandı?

  “Tuna-1” quyusunda 2020-ci ilin avqust ayında Qara dənizdə təbii qaz üçün kəşfiyyat işlərinə başlanıldı. Bu quyuda 320 milyard kubmetr qaz aşkar edildi. Əlavə araşdırmalardan sonra məlum oldu ki, “Tuna-1” yatağında təbii qazın miqdarı 405 milyard kubmetrdir.

  Daha sonra “Amasra-1” bölgəsində axtarış fəaliyyətləri davam etdirildi. “Fatih” qazma gəmisi 4 iyun 2021-ci ildə 135 milyard kubmetrlik daha bir kəşfə imza atdı. Ehtiyatın həcmi artaraq 540 milyard kubmetrə çatdı.

  Ardıcıl kəşflərdən sonra Türkiyə bütün bu quyuların yerləşdiyi “Sakarya” qaz yatağında 3D skanını beynəlxalq ekspert şirkətinə həvalə etdi. İlkin təsbitlərə görə, regionda ümumi təsdiq edilmiş ehtiyat 652 milyard kubmetr oldu.

  2023-cü ilin sonunda “Çaycuma-1” quyusunda qazma işləri aparıldı. Məlum oldu ki, 58 milyard kubmetr ehtiyat var. Beləliklə, Türkiyənin ümumi ehtiyatları 710 milyard kubmetrə qədər yeniləndi.

  Bir tərəfdən qazma işləri davam edir, digər tərəfdən qazın quruya çatdırılması üçün gərgin işlər aparılırdı. Torpaq üzərində  obyektlərin tikintisinə 2021-ci ilin yanvarında başlanıldı.

  Təbii qazı quruya aparacaq xəttin ilk qaynağı 2022-ci ildə edildi. Həmin ilin iyun ayından başlanan boru çəkilişi qısa müddətdə başa çatdırıldı.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 21 aprel 2023-cü ildə təbii qazın ilk məşəlini yandırdı.

  Təbii qazın aşkar edilməsindən tutmuş qazma işlərinə, boru kəmərinin çəkilişindən quruda paylayıcı qurğunun tikintisinin başa çatdırılmasına qədər bütün işlər 32 ay ərzində başa çatdırıldı.

  Lakin mövcud məlumatların işığında Qara dənizdə təkcə təbii qaz işləri aparılmır. Qərbi Qara dəniz bölgəsində neft əlamətləri də aşkar edilib. Yaxın günlərdə burada qazma əməliyyatı aparılacaq.

  Türkiyənin təbii qaz sisteminə daxil olan ümumi məbləğ 2023-cü ildə bir əvvəlki ilə görə 8 faiz azalaraq 51 milyard 477 milyon 297 min kubmetrə çatıb. Digər tərəfdən, idxalın hər il daha da azaldılması planlaşdırılır.

  Türkiyə təbii qaz ehtiyacının böyük hissəsini ümumi 7 beynəlxalq təbii qaz boru kəməri, 2-si üzən anbar və qazlaşdırma qurğusu olmaqla 4 LNG qurğusu və 2 yeraltı təbii qaz anbarı ilə təmin edir.

  Rusiya, Azərbaycan, İran, Əlcəzair və bir sıra digər ölkələrdən hər il təxminən 60 milyard kubmetr təbii qaz mayeləşdirilmiş formada alınır.

  Yeraltı sərvətlərin yeni kəşflər vasitəsilə çoxalması Türkiyənin xaricdən enerji asılılığı azaldacaq.  



Әlaqәli Xәbәrlәr