Nemrud Dağı

“Türkiyәdә turizm’’ proqramının növbәti bölümü ilә qarşınızdayıq. Bugünkü verilişimizdə Türkiyənin türizm mərkəzlərindən biri olan Nemrud Dağından bəhs edəcəyik.

1127817
Nemrud Dağı

Türkiyәdә turizm 4/2019

Türkiyənin cənub-şərq bölgəsində Adıyamanda yerləşən bu abidə-məzar ellinizm dövründə hökm sürmüş kral Antiokosa aitdir. 1987 ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilən bu abidə -məzar dünyanın dörd bir yanından ziyarətçiləri özünə cəlb edir.

Dağ dəniz səviyyəsindən 2150  metr yüksəklikdə yerləşir. Ölkənin dörd bir tərəfinə hakim möhtəşəm mənzərəyə sahibdir. Dağın zirvәsindә Kommagene dövrünә aid heykәllәr mövcuddur. Hәmin  dövrdә bu heykәllәrin buraya necә gәtirildiyi böyük maraq doğurur.

O dövrün kralı I Antiokos ölkәnin  dörd bir yanından sənətkarları gətirdərək dağın zirvәsindә  abidə -məzarla məbəd inşa etdirməyə başlayır.

Əvvəlcə əsl məzarla bərabər iki saxta məzar inşa edilir. Bunlardan bayıra uzanacaq və girişi təmin edəcək tunellər tikildikdən sonra qəbir kamerasının üştünə ‘‘TÜMÜLÜS’’, yəni kiçik daşlardan çox yüksək qəbir təpəsi yaradılır. Daha sonra Tümülüsün ətrafına ana və ata simvolu olaraq iki məbəd inşa edilir. Burda inşa edilən nəhəng heykəl və qabartmalarda həm Fars, həm də Yunan tanrıları təsvir edilib.

Günümüzdə dünyanın dörd bir yanından insanlar Nemrud Dağını görməyə gəlir. Çox yüksək olduğu üçün adətən yay aylarında bu dağa çıxmaq mümkün olur. Dağın zirvəsinə qalxan çox sayda turist səhər günəşin ilk şəfəqlərini burda qarşılamaq üçün gecəni burada keçirir. Ərazinin quruluşuna görə səhər şəfəqi vaxtı fərqli bir təbiət möcüzəsi baş verir bu dağda. Günəş qəfildən bir nöqtədən başqa nöqtəyə sıçramış kimi görünür.

Bölgәdә mövcud olan  digәr görmәli tarixi adidәlәri dә ziyarәt etmәyinizi tövsiyә edirk. Nemrud Dağı bütün ziyarәtçilәrinin yolunu gözlәyir.

Gәlәn hәftә görüşәnәdәk.



Әlaqәli Xәbәrlәr