Üzən güneş enerjisi stansiyaları

Hazırda günəş yeganə tükənməz və sabit enerji mənbəyidir...

2153054
Üzən güneş enerjisi stansiyaları

Üzən güneş enerjisi stansiyaları

Hazırda günəş yeganə tükənməz və sabit enerji mənbəyidir...

2023-cü ildə dünya üzrə elektrik enerjisi istehsalının 5,5 faizi günəş enerjisi hesabına təmin edilib. Günəş enerjisindən istifadə 23,2 faiz artıb. Qlobal elektrik enerjisi istehsalında ən böyük artım günəş enerjisindә müşahidә olunub. Günəş enerjisi 20 ildir ki, dünyanın bütün ölkələrində istifadəsi davamlı olaraq artan elektrik enerjisi mənbəyidir. Bundan əlavə, günəş enerjisini quraşdırmaq və istifadə etmək asandır vә ətraf mühiti çirkləndirmir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, günəş enerjisinə qoyulan investisiyalar 2030-cu ilə qədər neft və təbii qaza qoyulan ümumi investisiyaları ötəcək.

Türkiyə 2053-cü il üçün sıfır emissiya hədəflərinə uyğun olaraq bərpa olunan enerjiyə keçidi də sürətləndirdi. Türkiyə coğrafi mövqeyinə görə ciddi günəş enerjisi potensialına malik ölkәdir. Energetika Nazirliyinin “Günəş Enerjisi Atlası”na görə, Türkiyənin illik günəş işığından faydalanma müddəti 2 min 741 saatdır.

Türkiyənin günəş enerjisi tutumunun qarşıdakı 10 ildə 500 faiz artımla təxminən 53 giqavata çatacağı gözlənilir. Beləliklə, günəş enerjisinin elektrik enerjisi istehsalının ən mühüm mənbəyinə çevrilməsi planlaşdırılır.

2000-2020-ci illərdə Türkiyənin illik elektrik istehlakı 4,4 faiz artıb. Bunun 2035-ci ilə qədər ildə orta hesabla 3,5 faiz artaraq 510,5 teravatt saata çatacağı gözlənilir. 2020-ci ildə 21,8 faiz olan elektrik enerjisinin son enerji istehlakındakı payının 2035-ci ildə 24,9 faizə çatacağı proqnozlaşdırılır.

Türkiyənin 2020-ci ilin sonunda 95,9 gigavat olan quraşdırılmış elektrik enerjisi gücünün 2035-ci ildə 189,7 gigavata, bərpa olunan enerji mənbələrinin payının isә 52 faizdən 64,7 faizə yüksələcəyi proqnozlaşdırılır.

Bu dövrə qədər istifadəyə verilməsi nəzərdə tutulan 96,9 gigavat yeni elektrik enerjisi gücünün 74,3 faizini bərpa olunan enerji mənbələri təşkil edir. Bərpa olunan enerji mənbələri arasında ən böyük artımının günəş enerjisində olması planlaşdırılır. Türkiyənin 2020-ci ilin sonunda 6,7 ​​gigavat olan quraşdırılmış günəş enerjisi gücünün 2035-ci ildə 52,9 gigavatta yüksələcəyi gözlənilir.

Bu artım o deməkdir ki, Türkiyənin 2022-ci ilin sonunda 9,32 gigavat olan quraşdırılmış günəş enerjisi gücü 2035-ci ilə qədər təxminən 500 faiz artacaq. 2035-ci ildə günəş enerjisi mövzusunda istәnilәn nәticә әldә olunarsa  günəş enerjisi Türkiyənin quraşdırılmış ümumi elektrik enerjisində ən yüksək paya sahib mənbəsi olacaq.

Qeyd etmәliyik ki, bu hәdәfә nail olmaq üçün  hər gün yeni addımlar atılır. Bunlardan biri də bu ilin may ayında Türkiyə Böyük Millət Məclisində üzən günəş enerjisi stansiyalarının istifadəyə verilməsi ilə bağlı qanuna edilən dəyişiklikdir.

Sahil Qanunu çərçivəsində içməli su ilə təmin edilən su anbarları və bataqlıqlar, sahillər və sahilyani әrazilәr istisna olmaqla, dənizlərin, bəndlәrin, süni göllərin və təbii göllərin üzәrindә Energetika Nazirliyi və Təbii Sәrvәtlәr Nazirliyi  tәrәfindәn bәrpa olunan enerji stansiyaları qurula bilәr.

Türkiyənin üzən günəş enerjisi stansiyalarının potensialı təxminən 80 min meqavat olaraq hesablanır.

Üzən günəş enerjisi stansiyaları istifadəçilərə ciddi imkanlar təqdim edir. Üzən günәş enerjisi stansiyalarının dibindəki suyun bu stansiyaların vaxtaşırı soyumasına kömək etməsi panelin səmərəliliyini artırır.

Üzən günəş enerjisi stansiyalarının yerləşdirilməsi üçün su elektrik stansiyalarının su ambarları vә  tullantı sularının toplandığı süni göllər kifayət edir.

Üzən günəş enerjisi stansiyaları yerləşdikləri su obyektlərinə görə kənd təsərrüfatı, sənaye və ya ticarət sahələrində istifadə olunan günəş enerji stansiyaları ilə rəqabət aparmır. Әrazi tələb edən digər günəş enerisi stansiyaları ilə müqayisədə bu növ stansiyalar yaşayış mәntәqәlәri yaxınlığında quraşdırıla bilər.

Quruda quraşdırılan panellər ilə müqayisədə üzən günəş enerjisi stansiyaları dinamik şəkildə hərəkət edir və kölgəyə məruz qalmadan işləyə bilir. Üzən günəş enerjisi stansiyalarında toz və kir tutma dərəcəsinin çox aşağı olması səmərəliliyin azalmasının qarşısını alır.



Әlaqәli Xәbәrlәr