Türkiyənin İqtisadi Perspektivləri-10/2018

Türkiyə 2005-ci ildən etibarən  Afrika qitəsi ilə əlaqələri inkişaf etdirmək, ticarət həcmini artırmaq və bərabər şərtlərdə əməkdaşlıq etmək istiqamətində fəaliyyətini uğurla davam etdirir.

926064
Türkiyənin İqtisadi Perspektivləri-10/2018

Türkiyə 2005-ci ildən etibarən  Afrika qitəsi ilə əlaqələri inkişaf etdirmək, ticarət həcmini artırmaq və bərabər şərtlərdə əməkdaşlıq etmək istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Bu fəaliyyətlər sayəsində Türkiyənin Afrikadakı rolu müstəmləkəçi ölkələrdən fərqli olub  və Türkiyə Afrikada önəmli bir tərəfdaşa çevrilib.

Ədalət və İnkişaf partiyasının iqtidara gəlməsi ilə  Türkiyə "çoxölçülü xarici siyasət" anlayışını  mənimsəyib. Hazırda Türkiyə bir zamanlar arxa plana atılan bölgələrdə önəmli işlər görməyə başlayıb. Bu bölgələrdən ən diqqət çəkəni isə Afrika qitəsidir.

Afrika qitəsi təbii sərvətləri, gənc və dinamik əhalisi, iqtisadi potensialı baxımından gələcək vəd edən bir qitə xüsusiyyətinə malikdir. Bu səbəbdən bir çox ölkənin diqqətini cəlb edir.

Türkiyə - Afrika münasibətlərində 1990-cı illərdən bu yana ciddi dəyişikliklər baş verib. 1998-ci ildə qəbul edilən ‘‘Afrikadakı Fəaliyyət Planı’’ münasibətlərin başlamasına zəmin yaratmışdır.

Bununla yanaşı, ölkələrarası yüksək səviyyəli  səfərlər, humanitar yardımlar, Afrika qitəsindəki diplomatik nümayəndəliklərin artırılması, ticarət sazişlərinin imzalanması da Türkiyənin Afrika ölkələri ilə yaxınlaşma prosesini sürətləndirmişdir.

 2005-ci ildə isə Türkiyədə ‘‘Afrika İli’’ elan edilməsi və Türkiyənin Afrika İttifaqının  zirvə toplantılarında müşahidəçi üzv kimi iştirak etməsi əlaqələrin tarixi gedişindən xəbər verir.

Afrika və Türkiyə arasındakı münasibətlərdә iqtisadi və ticari müqavilələr baxımından da  mühüm addımlar atılmışdır. "Afrika ilə İqtisadi və Ticarət Əlaqələrini  Gücləndirmək Strategiyası" bunun konkret nümunəsidir. Qlobal ticarət baxımından da Afrika ölkələri Türkiyə üçün əhəmiyyətlidir. Xüsusilə diplomatik münasibətlərin vüsət aldığı 2011-2015-ci  illər ərzində Afrika ölkələri özünü göstərmişdir.

Xarici ticarət sahəsində Şimali Afrika ölkələri ön planda yer alarkən 2011-2015 illər arasında ən çox ixrac edilən ölkə 16 milyard 61 milyon dollarla Misir olub. Sıralamada digər yerləri müfaviq olaraq 9 milyard 192 milyon dollarla Əlcəzair, 9 milyard 120 milyon dollarla Liviya, 5 milyard 874 milyon dollarla Mərakeş və 4 milyard 225 milyon dollarla Tunis tutur.

Türkiyə  Afrika qitəsində podratçı qismində də mühüm layihələr həyata keçirib. Podratçıların xaricdə həyata keçirdikləri layihələrdə Afrikanın payı  17,5 faizdir.  Bu sahədə ən çox layihə həyata keçirilən ölkə sırasında Liviya gəlir. Əlcəzair, Mərakeş, Efiopiya, Nigeriya, Sudan və Kamerun da əhəmiyyətli layihələrin tətbiq edildiyi ölkələrdəndir.

Türkiyənin Afrika qitəsi ilə texniki yardım və təhsil proqramları sahəsində də əlaqələri sürətlə inkişaf etməkdədir. Bu çərçivədə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Afrika qitəsində texniki yardımlar və təhsil proqramları təqdim edən ofisləri yerləşir. 2017-ci ildə  nəşr olunan Qlobal Humanitar Yardım Hesabatı  Türkiyənin Ümumi Daxili Məhsuluna görə dünyanın ən səxavətli ölkəsi olduğunu açıqlayıb. Türkiyə  bu yardım ilə Ümumi Daxili Məhsulunun (ÜDM) 0,75 faizini artıraraq  ilk dəfə BMT-nin  0,7 faizlik  hədəfini ötüb.

Bununla yanaşı, Yunus Əmrə İnstitutunun  Türk dilini, tarixini, mədəniyyətini və incəsənətini tanıtmaq məqsədi ilə  Afrikanın müxtəlif bölgələrində yaratdığı ofisləri də fəaliyyət göstərir.

 Türkiyə bir tərəfdən Afrika ölkələrinə yardım edərkən, digər tərəfdən də müstəmləkəçi ölkələrin əksinə, bu ölkələrlə bərabər şərtlərdə əməkdaşlıq edərək ticarətin inkişaf etdirilməsinə çalışır.

Biz sözlə, artıq Afrika ölkələri Türkiyənin əməkdaşlıq etdiyi ölkələr sırasındadır.



Әlaqәli Xәbәrlәr