Uran və Neptun buz nəhəngləridir, çünki … (mətin və audio)

Bu gün milyardlarla kilometr bizdən - Yer kürəsindən uzaqda olan Uran və Neptun planetlərinə baş çəkəçəyik. Çünki bilmək istəyirik ki, niyə Günəş sisteminin bu iki planeti buz nəhəngləri adlanır?

2148596
Uran və Neptun buz nəhəngləridir, çünki … (mətin və audio)

Uran və Neptun - buz nəhəngləri

 

  Bu gün milyardlarla kilometr bizdən - Yer kürəsindən uzaqda olan Uran və Neptun planetlərinə baş çəkəçəyik. Çünki bilmək istəyirik ki, niyə Günəş sisteminin bu iki planeti buz nəhəngləri adlanır?

  Uran Günəş sisteminin yeddinci halqasında yer tutur. Günəşdən uzaq olduğu üçün ondan yayılan istiliyi də çox az ala bilir. Atmosferi hidrogen və helium kimi yüngül qazlardan ibarətdir. Tərkibində az miqdarda metan var. Uran planetində qalın və sıxılmış bir buz təbəqəsi var ki, su, ammonyak və metan kimi donmuş kimyəvi maddələrdən ibarətdir.

  Maqnit sahəsinə görə Uran Günəş sistemində digər planetlərlə müqayisədə düz deyil, çox əyilmiş ox üzərində fırlanır. Həm Günəşdən çox uzaq məsafədə olması, həm də oxun əyri fırlanması səbəbindən müvafiq bucaqlarda günəş işığı qəbul edə bilmədiyi üçün Uran planetindəki buzlar ərimir.

  Günəş sisteminin ən uzaq planeti olan Neptunun da atmosferi Uranınkına bənzəyir. Hidrogen, helium və metan kimi qazlardan ibarətdir və səthi bu qazlarla qarışıq su ilə amonyak üstünlüklü buz təbəqəsilə örtülüb.   

  Nüvəsinin ölçüsü təxminən Yer kürəsinə bərabər olan Neptunun - nəhəng buz kütləsinin fırlanması planetin Günəş sistemindəki ən güclü maqnit sahələrindən birinə malik olması ilə bağlıdır.

  Uran və Neptun qaz nəhəngləri kimi möhkəm səthə malik olmayan, tərkibində böyük ölçüdə müxtəlif qazlardan ibarət buz nəhənglərilə digər planetlərdən fərqlənir. Buz nəhəngləri buzdan ibarət olsa da, səthləri çox sərt olmur. Çünki buzlar yüksək temperaturlu nüvənin üzərində toplanıb.

  Qeyd edək ki, Günəş sistemindəki buz nəhəngləri olan Uran və Neptuna “Voyager-2” adlı pilotsuz kosmik gəmi gedib və müşahidələri qeyd edib.



Әlaqәli Xәbәrlәr