Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

824460
Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk xəbərimiz Türkiyə ilə  bağlıdır. 

İzmir Ticarət Palatasının ev sahibliyi ilə İzmir-Tatarıstan İş Forumu keçirildi. Foruma Tatarıstan baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimov qatıldı. Kərimov forumda çıxış edərək Türkiyəni Tatarıstanın çox əhəmiyyətli ticarət, iqtisadiyyat və mədəniyyət partnyoru olaraq səciyyələndirdi, keçən il Türkiyə ilə xarici ticarət həcmini 200 milyon dollardan çox artırdıqlarını söylədi. Bu həcmi daha da böyüdəcək potensialın olduğunu ifadə edən Kərimov: “Türkiyənin ən inkişaf edən bölgələrindən biri olan İzmir ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik” dedi.

Kərimov iki ölkənin mədəni və dini mənada bir sıra ortaq məqamlarına diqqət çəkdi, bu gün bağlanacaq əməkdaşlıq müqavilələrinin plan və layihələri reallaşdırmaq imkanını qazandıracağını qeyd etdi.

Tatarıstan Ticarət və Sənaye Palatasının sədri Şamil Ageyev də Türkiyə iqtisadiyyatının dinamik şəkildə inkişafının şahidi olduqlarını vurğuladı, Türkiyə iş adamlarının Tatarıstanda müvəfffəqiyyətlə fəaliyyət göstərdiklərini bildirərək:”Hər sahədə əməkdaşlıq edə bilərik”dedi.

İzmir Ticarət Palatasının İdarə heyətinin sədri Əkrəm Dəmirtaş isə Tatarıstanın Türkiyə ilə keçmişdən bu yana gözəl əlaqələrinin olduğunu qeyd etdi. İzmirin 4 milyon əhalisi ilə Türkiyənin ən böyük üçüncü şəhəri olduğunu xatırladan Demirtaş şəhərdə 13 sənaye, 2 sərbəst, 4 texnoloji inkişaf bölgəsinin mövcudluğuna diqqət çəkdi. Demirtaş İzmirin yalnız sənayedə deyil, kənd təsərrüfatında da iddialı olduğunu ifadə edərək: “Egedə istehsal olunan pambıq, incir, üzüm, tütün, zeytun və zeytun yağı yüksək keyfiyyəti ilə dünya səviyyəində  məşhurdur və Ege kənd təsərrüfatı sənayesinin təməlini təşkil edir. Bu o deməkdir ki, istənilən sahədə əməkdaşlıq edə bilərik və buna hazırıq” dedi.

Çıxışlardan sonra Tatarıstan Ticarət və Sənaye Palatası ilə İzmir Ticarət Palatası arasında “qardaş palata” müqaviləsi imzalandı. Tatarıstan Yatırım Agentliyinin sədri Taliya Minullina Tatarıstanın iqtisadi potensialından danışdı.

Proqram çərçivəsində İzmir vəTatarıstan şirkətləri arasında ikitərəfli iş görüşləri keçirildi.

Hörmətli oxuçularımız  növbәti xәbәrimiz Qazaxıstandandır.

Qazaxıstan 6 ayda 7,3 milyon ton neft emal etdi.

Qazaxıstanın bu ilin ilk yarısında emal etdiyi neftin miqdarı 5,4 faiz artaraq, 7 milyon 338 min ton olduğu bildirildi.

Qazaxıstan Energetika Nazirliyindən verilən məlumatda bu ilin yanvar-iyun aylarını əhatə edən dövründə Pavlodar neft və kimya zavodunda 2 milyon 648 min ton, “Kazakistan Oil” emal zavodunda 1 milyon  895 min ton, Atırau emal zavodunda isə 2 milyon 508 min ton, digər kiçik zavodlarda isə 282 min ton olmaqla, ümumilikdə 7 milyon 338 min ton neftin emal olunduğu bildirildi.

Sözügedən dövrdə ölkədə 1 milyon 544 min ton benzin, 110 min ton reaktiv yanacaq, 2 milyon 127 min ton motorin və 1 milyon 515 min ton fərqli növ yanacaq istehsal olunduğu ifadə edildi.

İstehsal etdiyi neftin bir hissəsini xammal olaraq ixrac edən Qazaxıstan son dövrdə neftin ölkədə emal olunmasına üstünlük verir.

Sırada Özbəkistandan bir xəbərimiz var.

Özbəkistan və Qazaxıstanın müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalandı.

Özbəkistan Müdafiə Nazirliyindən verilən məlumata görə, Qazaxıstan müdafiə naziri Saken Casuzakov ilə özbəkistanlı həmkarı Kabul Berdiyev  paytaxt Daşkənddə görüşüblər. Görüşdə Özbəkistan ilə Qazaxıstan arasındaki hərbi əməkdaşlıq məsələsi müzakirə olunub. Sonda Berdiyev və Casuzakov iki ölkə müdafiə nazirliklərinin  əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar.



Әlaqәli Xәbәrlәr