Aya Sofya

Hörmətli oxuçular, bu gün sizə İstanbulun simvollarından və ən qədim abidәlәrindәn biri olan müqəddəs Aya Sofya haqqında danışacağıq.

465972
Aya Sofya

Türkiyənin mədəniyyət xəzinələrindәn biri kimi tarixə düşən Aya Sofya İstanbulun siluetinә öz möhürünü vuran әsәrlәrdәndir. Müqəddəs Aya Sofya müzeyi dünyanın ən mühüm mədəniyyət abidәlәrindәn biri hesab olunur. Məbədlərin Anası kimi tanınan bu möhtəşəm abidənin əsrarəngizliyini şəhərin dörd bir yanından görmək mümkündür.

Böyük Konstantin şəhəri Romadan ilham alaraq inşa etdirib. Belә ki, şәhәrdәki saraylar, stadionlar, mәbәdlәr Romadakılara çox bәnzәdilib.

Konstantin öz sarayının yanında böyük bir kilsә inşa etdirir. Lakin kilsә zәlzәlә nәticәsindә dağılır. Yustinian isә imperatorluğu әvvәlki görkәminә qaytarmaq üçün böyük sәylәr göstәrir. O, Roma imperiyasının әn böyük sәrhәdlәrinә sahib olaraq imperatorluğu idarә etmәyә başlayır. Belә uğurlardan sonra o, dağılan kilsәnin yerindә әslәrlә öz mövcudluğunu qoruyub saxlaya bilәcәk bir kilsә inşa etdirmәyә qәrar verir.

532-537 illər arasında kilsәnin inşası başlayır vә çox keçmədən ibadәtә açılır. Kilsәnin memarlığı qәdәr onun sütunları vә mozaikaları da onun dәyәrini artırır. Bu mozaikaların üzәrindә Mәryәm Ananın qucağında İsa peyğәmbәr tәsvir edilib. İsә peyğәmbәrin hər iki tәrәfindә isә Konstantinin tәsviri var. O, ziyarәtçilәrә bir әlindә İstanbulun maketini, digәr әlindә isә Aya Sofiyanı tәqdim edir.

Müqəddəs müdriklik mənasını verən Aya Sofiya kəlməsi daha sonralar bir çox şəhərlərdə tikilən kilsələrə verilən adların ən çox rast gəlinəni oldu.

Yustinian kilsəsini böyük sevinclә ibadәtә acır. Kilsәnin gümbәzinin altında Yustinianin "Süleyman, səni keçdim" sözlərinin yazıldığı iddia edilir. İslami rəvayәtlәrә görə kilsәnin dağılan gümbәzinin bərpası davam edәrkәn Hz. Mәhәmmәd 5 peyğəmbərlə İstanbula bir mәktub göndәrir. Mәktubda onun dünya liderlәrini İslama dәvәt etdiyi bildirilir. Başqa bir rәvayәtә görә isә kilsәnin qümbәzinin dağılmaması üçün Hz. Mәhәmmәd İstanbula peyğambәrlәrdən biri ilə hәdiyә göndәrir. Bu hәdiyyәnin tikinti xәrcinә әlavә olması ilә Allahın izniylә kilsәnin günbәzinin qiyamәtә gәdәr öz mövcudluğunu qoruya bilәcәyinә inanılır.

Aya Sofiyanın bərpasında Memar Sinanın da böyük rolu olmuşdu.

Sultan 2-ci Bәyazid vә Sultan Sәlimin dövründә Memar Sinan Aya Sofiyanın günbəzinin dağılmasının qarşısını almaq üçün yerləşdirdiyi dayaqlarla tağı möhkəmləndirib, əlavə olaraq inşa etdiyi iki minarə də tağı daha dayanıqlı edib.


Fatih Sultan Mehmet İstanbulu fәth etdikdәn sonra Aya Sofiya mәscidә çevrilir. Mәsciddә ilk namazı Fatıh Sultan Mehmedin özü qılır. Cumhuriyyәt dövrunәdәk mәscid olaraq istifadә edilәn Aya Sofya 19-cu әsrdә Sultan Әbdulmәcidin әmri ilә Fossatti qardaşları tәrәfindәn bәrpa etdirilir. Aya Sofiya Atatürkün qərarı ilә 1934-cü ildәn etibarәn Bizans müzeyi olaraq fәaliyyәt göstәrmәyә başlayır.

Aya Sofiya 1985-ci ildә İstanbulun digər tarixi abidәlәri kimi YUNESKO-nun mәdәni irs siyahısına daxil edilib.


Kilsənin baş məkanının şimal-qərb girişində haqqında saysız hesabsız əfsanələr danışılan Arzu sütunu yerlәşir. Muzeyi ziyarәt edәnlәr bürünc lövhәlәrin arasında yerlәşәn dәliklәrә baş barmaqlarını salaraq bir dәfә sütunun әtrafında dönur. Ziyarәtçilәr bu ritualı yerinә yetirәrәk arzularının yerinә yetәcәyinә inanır. Rəvayətə görə, Aya Sofiyanı inşa etdirәn İmperator Yustinian başı ağrıdığı zaman bu sütuna başını söykәyər vә ağrıları azalarmış. İnanclara görə, bu sütun xәstәliklәrdәn qoruyur, hәtta xәstәliklәri sağaldırmış.


Aya Sofiya kilsәsi sonrakı dövrlərdə Osmanlı mәscid memarlığına tәsir göstərmişdir. Memar Sinan Süleymaniyyә vә Sәlimiyyә mәscidlәrini inşa edәrkәn Aya Sofyadan daha böyük günbәz inşa etmәyә nail olmuşdu.


1500 ildir mövcudluğunu qoruyub saxlayan müqәddәs Aya Sofiya ziyarәtçilәrinin yolunu gözlәyir.


Etiketlәr: #Aya Sofya

Әlaqәli Xәbәrlәr