52-ci İstanbul Musiqi Festivalı

Atatürk Mədəniyyət Mərkəzində (AKM) 52-ci İstanbul Musiqi Festivalının açılış mərasimi keçirilib

2143002
52-ci İstanbul Musiqi Festivalı

 

  Atatürk Mədəniyyət Mərkəzində (AKM) 52-ci İstanbul Musiqi Festivalının açılış mərasimi keçirilib.

  Festivalda əməyi olan qurum və təşkilatlara təşəkkür plaketləri təqdim olunub.

  Musiqili tədbirin builki fəxri mükafatı 40 ildir klassik musiqi dünyasında mühüm rol oynayan dirijor Cem Mənsura, ''2023 Aydın Gün Teşvik'' mükafatı isə 23 yaşlı skripkaçı İlgın Topa təqdim edilib.

  Mərasimdən sonra Cem Mansurun dirijorluğu ilə İstanbul Dövlət Simfonik Orkestri (İDSO) 15 yaşlı pianoçu İlyun Bürkevlə konsert verib.

  Simfonik orkestr, kamera orkestri, caz və ənənəvi musiqi kimi müxtəlif janrlarda  konsertlər veriləcəyi festival iyunun 12-17 atrxilərində İstanbulun fərqli məkanlarında olacaq.



Әlaqәli Xәbәrlәr