İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalı

Tədbirin aparıcısı İstanbul Universitetinin aspirantı,  TRT radiosunda yayımlanan “Azerbaycan Rüzgarı” proqramının azərbaycanlı müəllifi Səidə Ömər tədbirlə bağlı deyib ...

2150076
İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalı
İstanbul 24-cü Türk Dünyası Uşaq Festivalı_.jpg

 

  Bakı Atatürk Liseyinin şagirdləri 24-cü Türk Dünyası Uşaq Festivalında mükafata layiq görülüblər

  İstanbulda keçirilən 24-cü Türk Dünyası Uşaq Festivalında mükafatlandırılma mərasimi keçirilib.

  Yarışda 12 iştirakçı arasında yer alan və mükafata layiq görülən Bakı Atatürk liseyinin şagirdləri “Çırpınirdı Qaradəniz” mahnısını ifa ediblər.

  Müsabiqədə birinci yeri Rusya Fererasiyası Tatarıstan Muxtar Respublikası, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə İraqın Kərkük-Türkmən vilayətindən olan şagirdlər qazanıblar.

  Türk Dünyası Araşdırmaları Fondu tərəfindən keçirilən 31 may-7 iyun tarixlərini əhatə edən festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə ilə yanaşı, türk dünyasından ümumilikdə 21 qrupda 250-dək yeniyetmə iştirak edib.

  Tədbirin aparıcısı İstanbul Universitetinin aspirantı,  TRT radiosunda yayımlanan “Azerbaycan Rüzgarı” proqramının azərbaycanlı müəllifi Səidə Ömər tədbirlə bağlı TRT/Azerbaycan saytına ekslüziv məlumatında deyib: “24-cü Türk Dünyası Uşaq Festivalı ilk dəfə  Türk Dünyası Araşdırmalar Fondunun rəhbəri, professor Turan Yazqan tərəfindən təşkil olunub. O, 2012-ci ildə dünyasını dəyişdikdən sonra bu ənənəni fondun indiki rəhbəri Közhan Yazqan davam etdirir. Festivalın əsas məqsədi türkdilli uşaqların Türkiyəni yaxından tanımalarına vəsilə olmaq, eləcə də onları dünyanın müxtəlif bölgələrində yaşayan soydaşları ilə bir araya gətirərək ortaq mədəniyyətlə tanış etmək və dostluq-qardşlıq bağlarını gücləndirməkdir. Festival çərçivəsində türk dünyası uşaqları və bütün heyət İstanbul valisi Davut Gül tərəfindən də qəbul edildi.

  Onu da bildirim ki, İstanbul Fatih Kültür Sənət Mərkəzində səs yarışı ilə başa çatan festivalda münsiflər heyəti arasında Azərbaycannın əməkdar artisti Turan Manafzadə də var idi. Bəstəkar Türkiyə Cumhuriyətinin 100 iliyi münasibətilə yazdığı marşını uşaqlarla birlikdə səsləndirdi”.



Әlaqәli Xәbәrlәr