TRT Media Təlim Proqramı AzTv-də

Azərbaycan Televiziya və Radio Verilişləri QSC ilə Türkiyə Radio və Televiziya Qurumu (TRT) arasında əməkdaşlıq çərçivəsində növbəti təlimlərə start verilib

2148111
TRT Media Təlim Proqramı AzTv-də
TRT-çilər AzTv-də_03.jpg
TRT-çilər AzTv-də_02.jpg

 

  Azərbaycan Televiziya və Radio Verilişləri QSC ilə Türkiyə Radio və Televiziya Qurumu (TRT) arasında əməkdaşlıq çərçivəsində növbəti təlimlərə start verilib.

  AzTV-nin sədri Rövşən Məmmədov Türkiyə televiziyasından gələn qonaqlarla görüşüb, fikir mübadiləsi aparılıb.

  Qarşılıqlı əməkdaşlıq çərçivəsində təşkil olunan və 3-7 iyun tarixlərində keçirilən təlimlərə montaj, rəqəmsal media, xəbər, analitik proqram və digər istiqamətdə çalışan əməkdaşlar cəlb olunublar. TRT Akademiyasında “Mobil jurnalistika”nı tədris edən İlyas Umut Özacar, “TRT Haber”də redaktor Muhammed Ersönmez, TRT Daxili İstehsal Departamenti İstanbul şöbəsinin işıq xidməti şefi Mevlut Çiçek və “TRT Haber”in operatoru Veysel Dişbudak azərbaycanlı həmkarlarına “Xəbərçilikdə təcrübə”, “Qonaqlı yayımlarda atılmalı addımlar”, “Fövqəladə vəziyyətlərdə müxbirlə bağlantı texnikası”, “Xəbərlərdə doğru və yalancı məlumatın ayırd edilməsi”, “Rejissor-aparıcı-müxbir iş birliyi”, “Son dəqiqə xəbər təqdimatı”, “Xəbərçilikdə praktik rəqəmsal tətbiq”, “İstehsal və yayım müddətlərində sosial media platformaları və fərqliliklər”, “Rəqəmsal video hekayə (süjet)”, “Rəqəmsal xəbər qurğusu”, “Görüntünün təməl texnikası”, “İşık təlimi” və bənzər mövzularda təcrübələrini paylaşırlar.



Әlaqәli Xәbәrlәr