Kappadokiya xarici turistlәrin diqqәt mәrkәzindәdir

Tәbii qayalardan әmәlә gәlәn qapalı vadilәri, tarixi qaya monastırları, hotellәr, Balon turizmi vә pәribacalarını görmәk istәyәn turist sayı ciddi şәkildә artıb.

1179201
Kappadokiya xarici turistlәrin diqqәt mәrkәzindәdir

 

Türkiyәnin mәşhur turizm şәhәrlәrindәn biri olan Kappadokiyaya  bu ilin ilk üç ayında gәlәn turist sayı keçәn ilin eyni dövrü ilә müqayisәdә 14.5 % artaraq 440 min 686-ya çatıb.

Tәbii qayalardan әmәlә gәlәn qapalı vadilәri, tarixi qaya monastırları,hotellәri,Balon turizmi vә pәribacalarını görmәk istәyәn turist sayı ciddi şәkildә artıb.

Kappadokiya  Mәdәniyyәt vә Turizm İdarәsinin göstәricilәrinә әsasәn, Kappadokiyanı 2014-cü ildә  379 min 713, 2015-ci ildә 364 min 563, 2017-cı ildә 182 min 162, 2017-ci ildә 168 min 478, 2018-ci ildә 384 min 862, 2019-cu ilin ilk üç ayında isә 440 min 686 turist ziyarәt edib.  

Bu ilin ilk rübbündә şәhәrә sәfәr edәn turist sayı son altı ilin әn yüksәk göstәricisidir.

Bu il Göreme Açıq Hava Muzeyini 208 min 482, Kaymaklı yeraltı şәhәrini 94 min 993, Derinkuyu yeraltı şәhәrini isә 66 min 203 yerli vә xarici turist gәzib.


Etiketlәr: #Kappadokiya

Әlaqәli Xәbәrlәr