Fəxrəddin Altun: "Dünyaya açılan seriallarımız Türkiyəni tanıdır"

Tükiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri professor Fəxrəddin Altun Türk seriallarının dünya miqyasında əhəmiyyətli bir uğura imza atdığını bildirdi.

1161131
Fəxrəddin Altun: "Dünyaya açılan seriallarımız Türkiyəni tanıdır"

Tükiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri professor Fəxrəddin Altun Türk seriallarının dünya miqyasında əhəmiyyətli bir uğura imza atdığını bildirdi.
 
Tükiyə Prezident Aparatının Kommunikasiya İdarəsi İstanbul Universitetinin Kommunikasiya Fakültəsi ilə birlikdə müştərək "Dövlət Diplomatiyası Vasitəsi kimi Türk Serialları"adlı seminar keçirdi.
 
Seminarda Tükiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun məktubu oxundu.
 
Altun məktubunda  Kommunikasiya İdarəsi olaraq ölkənin ictimai diplomatiya fəaliyyətinə böyük əhəmiyyət verdiklərini vurğulayır, Türkiyənin incəsənət sahəsinin ən önəmli ünsürlərindən biri olan Türk serialları və kinomatoqafiya sektorunu tərəfdaşlar olaraq gördüklərini söyləyir.
 
Məktubda deyilir: "Ölkəmizin tarixini müasir siması ilə birlikdə təqdim edən Türk seriallarımız 156 ölkədən təxminən 500 milyon tamaşaçı ilə görüşərək əhəmiyyətli bir uğur hekayəsinə imza atmışdır. Türkiyənin serial sektoru 350 milyon dollardan çox ixrac rəqəmi ilə bu sahədə Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdədir".
 
 Türkiyə istehsalı olan serialların müstəqil bir bir ixrac sahəsi olduğunu və müxtəlif sektorların inkişafına töhfə verdiyini dilə gətirən Altun: "Bu müsbət təsirlərin ilki turizmdə müşahidə olunur. Dünyaya açılan seriallarımız, medianın gücü ilə Türkiyəni tanıdır. Türk insanının həyat tərzi, zövqləri və dəyərləri fərqli məkanlarda mənimsənir və heyranlıq oyadır. Türk serialları nümayiş olunduğu ölkələrdə gündəlik vərdişə çevrilərək ictimai həyatın bir parçası olmuşdur" ifadələrini işlədir.



Әlaqәli Xәbәrlәr