İstanbulda oyuncaq sərgisi

İstanbul oyuncaq sərgisi Beylikdüzü TÜYAP-da ziyarətə açıldı.

1152921
İstanbulda oyuncaq sərgisi

Oyuncakçılar Dərnəyi (OYDƏR) və TÜYAP Sərgi və Yarmaka Xidmətlərinin əməkdaşlığı ilə Kiçik və Orta sərmayəli biznesi inkişaf etdirmə və dəstəkləmə İdarəsi rəhbərliyinin dəstəyi ilə təşkil edilən, yerli və xarici 53 firmanın iştirak etdiyi sərgi 1 Marta qədər ziyarətə açıq olacaq.

Oyuncaqçılar Dərnəyinin Başçısı Əsin Yürür mövzuyla əlaqədar açıqlamasında : əsas məqsədimiz məhsullarımızı ixrac etməkdir. İstehsala istiqamətlənmiş ixracatçılarımız var. Hamısının yeganə məqsədi daxili bazar qədər xaricə də məhsul satmaqdır”.

TÜYAP Sərgi və Yarmaka Xidmətləri Anonim Şirkətinin Baş direktoru İlhan Ərsözlü səgidə xarici ölkələrdən iştirakçı  sayının çox olduğunu ifadə edib. O: "60-a qədər xaricdən gələn ziyarətçidən 25-i ilk dəfə TÜYAP oyuncaq sərgisinə qatılır. Oyuncaq sektoruna dəstək sürətlə artır. Bunun səbəbi sektorun ixrac həcmini artırmaqdır.

 

 



Әlaqәli Xәbәrlәr