Məşhur aktrisa həyatını itirdi

Yeşilçamın  yaddaqalan adlarından Ayşən Qruda, müalicə olunduğu  xəstəxanada  vəfat etdi.

1131723
Məşhur aktrisa həyatını itirdi

74  yaşlı   məşhur  aktrisa   Dekabrın 14-də mədə qanaxması probleminə  görə  xəstəxanada  yerləşdirilmişdi.

Türkiyədə   "Pomidor Gözəli Nahide Şərbət" xarakteriylə  şöhrətin   qapılarını   açan   Ayşen Qruda 30 Noyabr 1945-ci ildə İstanbulda Erman Ailəsinin ikinci  qızı olaraq dünyaya gəldi. Onun komediya qabiliyyəti valideynləri tərəfindən   hələ   kiçik  yaşda   olduğu  dövrlərdə  erməni qonşularını  təqlidləri   sayəsində  ortaya  çıxarıldı. Orta məktəb şagirdi  olduğu  yaşda   atasını  itirən  Ayşən, yoxsulluq  səbəbiylə   təhsilə  vida  edərək  işləməyə  başladı.  Kinoteatr  həyatına   isə   1962-ci ildə  qədəm    qoyan  aktrisa  1977-ci ildə, 16 illik teatr həyatından sonra, televiziyada  yayımlanan   bir əyləncə proqramında “Pomidor Gözəli Nahide Şərbət” xarekteriylə hər  kəsin  könlünü  fəth  etdi. Daha sonra xeyli  sayda   filmdə  çıxış  etdi.

2006-cı ildə  Sədri  Alışıq  Film  Mükafatlarında   ən  yaxşı  aktrisa   köməkçisi,   47. Beynəlxalq Qızıl Portağal Film Festivalında isə    Ən Yaxşı  köməkçi  Aktrisa Mükafatına 2010-ci ildə  “Qızıl Portağal Ömür Boyu Şərəf” mükafatına layiq  görüldü. 

 



Әlaqәli Xәbәrlәr