Türk seriallarına xaricilərin marağı artaraq davam edir

Türkiyə Radio Televiziya Təşkilatı (TRT)-nin ən reytinqli seriallarından “Payitaht Abdulhəmidin” rejissoru Əmrə Konuk  bu  barədə  danışıb.

1130140
Türk seriallarına xaricilərin marağı artaraq davam edir

Rejissoru Əmrə Konuk: "Payitaht, serial tarixi baxımından əhəmiyyətli bir layihə hesab edilir. Seriyalda çox dəyərli bir Türk liderin həyatı təsvir edilir."Sultan Albülhəmid, Osmanlı dövrünün ən əhəmiyyətli sultanlarından biridir. Osmanlı imperyasının ən çətin və problemli dönəmində hökmdarlıq etmiş bir şəxsiyyətdir. O Osmanlı dövlətinin dağılmasını 33 il təxirə salabilmiş və bir baxıma Türkiyə cümhuriyyətinin təməllərini atmış bir sultan idi. Belə seriyallarlar oxuma vərdişini yenidən alovlandırır. Tarixə olan marağı artırır. Bu da ilə məqsədimizə nail olmağımızın  göstəricisidir”.

Serialın aparıcı aktyoru Bülent İnal isə, Qətərin paytaxtı Dohada bir film festivalında iştirak etdiklərini xatırladaraq: " Bu ölkəyə səyahətimiz əvvəli ‘Payitaht Abdülhəmidin’ Dohada bu qədər çox izləndiyindən bixəbərdik. Ancaq, Youtube və ya sosial media üzərindən eyni gün tərcümə edilərək yayımlandığını öğrəndik. Bizə göstərilən sevgi də seriyalı sevdiklərinin göstəricisi idi. Bu ölkədə Abdulhəmidə, məhs seriaya marağın hər keçən gün gücləndiyinə şahid olduq” deyə İnal vurğulayıb.

Qeyd edək ki, “Payitaht Abdülhəmid” serialı hər həftənin cümə günü TRT 1 ekranlarından yayımlanır.

 



Әlaqәli Xәbәrlәr