Moskvada Türkiyə Mədəniyyəti Günləri

Rusiyanın paytaxtı Moskvada Türkiyə Mədəniyyəti Günlərilə bağlı tədbirlər keçirilib.

1093572
Moskvada Türkiyə Mədəniyyəti Günləri

   Moskvadakı Yunus Əmrə İnstitutu və Rusya Dövlət Humanitar Universitetinin birgə təşkil etdiyi tədbirə Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, professor Yefim Pivovar, prorektor, professor Vera Zabotkina, Moskva Yunus Əmrə İnstitutunun direktoru, professor Ömər Özkan və Rusiya-Türkiyə Təhsil və Araşdırma Mərkəzinin müdiri Aleksandr Vasilyev və tələbələr iştirak edib.

  Universitetin Türkologiya fakültəsinin tələbələri Türkiyə ilə bağlı məlumatlar təqdim edib, türk ədəbiyyatından şeir nümunələri oxuyub, mahnılar səsləndirib, Nəsrəddin Xocadan lətifələr söyləyiblər. Tədbirdə ebru sənəti emalatxana çalışması da təqdim olunub və gələnlər tərəfindən maraqla izlənilib.

  Moskva Yunus Əmrə İnstitutunun direktoru Ö.Özkan çıxışında Rusiyadakı universitetlərin türkologiya fakültələrinin tələbələrilə məmnuniyyətlə tanış olduqlarını dilə gətirərək deyib:

  “Rusiyada Türkiyə və türk mədəniyyətilə bağlı keçirilən hər tədbir maraqla qarşılanır. 2019-cu ildə Rusiyada Türkiyə ili, Türkiyədə də Rusiya ili tədbirləri keçiriləcək".



Әlaqәli Xәbәrlәr