Türkiyə kinosuna verilən maddi dəstəyin miqdarı

Milli kino əsərlərinin tamaşaçıya təqdimatı, keyfiyyətli film istehsalına təşviq, kinoda milli-mədəni irsin gələcək nəsillərə çatdırılması məqsədilə verilən dəstəklər...

1077627
Türkiyə kinosuna verilən maddi dəstəyin miqdarı

  Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin bu ilin sentyabrından yerli kinoya verdiyi maddi dəstəyin miqdarı 58,1 milyon lirəyə çatıb.

  Milli kino əsərlərinin tamaşaçıya təqdimatı, keyfiyyətli film istehsalına təşviq, kinoda milli-mədəni irsin gələcək nəsillərə çatdırılması məqsədilə verilən dəstəklər 2004-2018-ci illərdə 430 milyon lirəyə çatıb. Sadəcə 2017-ci ildəki maddi dəstək isə 55,7 milyon lirə olub.

  Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci ilin sentyabrından yerli kino sektoruna köçürdüyü məbləğ 58,1 milyon lirə olaraq ötən ili keçib.  

  Türkiyə Kino Baş İdarəsinin (Sinema Genel Müdürlüğü) məlumatına görə, 2017-ci ildə kinoteatrlarda göstərilən 308 filmin 106-sı yerli filmlər olub. 49,3 milyon tamaşaçıdan 23,2 milyonu yerli filmlərə üstünlük verib. Bu dövrdə kassa gəliri 599,2 milyon lirə olub.

  Eyni zamanda, Türkiyə kinosu 56 faizlik yerli film izləmə nisbətinə görə Avropada birincilik mövqeyini bu il də davam etdirib.



Әlaqәli Xәbәrlәr