Moskvada Türkiyə Kino Günləri

Rusiyanın paytaxtı Moskva Yunus Əmrə İnstitutu tərəfindən təşkil edilən Moskva Türkiyə Kino Günlərinə start verilib.

1075366
Moskvada Türkiyə Kino Günləri

  Yunus Əmrə İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı Kinoteatr Baş Direktorluğunun dəstəyilə "Zvezda" kinoteatrında təşkil edilən açılış mərasiminə Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz, Moskva Yunus Əmrə İnstitutunun direktoru Ömər Özkan və Türkiyə Birja və Palatalar Birliyinin Moskva nümayəndəsi Sabahattin Yavuz, Türkiyı və Rusiyanın tanınmış insanları iştirak edib.

  Səfir H.Diriöz açılış mərasimində etdiyi çıxışında Türkiyənin Rusiya ilə hər sahədə əlaqələrini irəli pillələrə qardırmaq arzusu olduğunu ifadə edərək: "İki ölkə arasındakı əlaqələri siyasət və iqtisadiyyatda olduğu kimi, mədəniyyət sahələrində inkişaf etdirməliyik”, - deyib.

  Moskva Yunus Əmrə İnstitutu direktoru Özkan da öz növbəsində Rusiyada Türkiyə mədəniyyətini tanıtmaq məqsədilə qısa müddətdə çox addımlar atdıqlarını, fəaliyyətlər çərçivəsində ilk dəfə Türkiyə Kino Günləri təşkil etdiklərini, tədbirdə 9 filmin nümayiş etdiriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr