II Beynәlxalq Türk Dünyası Filmlәri Hәftәsi start götürüb

Türk Dünyası Kinematoqrafçılar İttifaqı vә Avrasiya  Mədəniyyət və İncəsənət Dәrnәyinin tәşkilatçılığı ilә  bu il ikincisi keçirilәn ‘‘II Beynәlxalq Türk Dünyası Filmlәri Hәftәsi’’ start götürüb.

1061447
II Beynәlxalq Türk Dünyası Filmlәri Hәftәsi start götürüb

 Türk Dünyası Kinematoqrafçılar İttifaqı vә Avrasiya  Mədəniyyət və İncəsənət  Dәrnәyinin tәşkilatçılığı ilә  bu il ikincisi keçirilәn ‘‘II Beynәlxalq Türk Dünyası Filmlәri Hәftәsi’’ start götürüb.

 On filmin nümayiş olunacağı tәdbirin  açılış mәrasimi İstanbulda baş tutub.

 Tәdbirdә açılış nitqi ilә çıxış edәn Avrasiya Mәdәniyyәt vә İncəsənət Dәrnәyinin sәdri Menderes Demir  Türk dünyasının  Şәrqi Türküstandan Avropayadәk uzanan geniş bir mәkanı әhatә etdiyinә işarә edәrәk deyib: "Geniş  bir mədəniyyətə sahib olan bir ailəyik. Hamımızın qayəsi Türk mədəniyyətini, Türk dünyasının  gözəlliklərini kinematoqrafçı  gözü ilә tәqdim etmәk  və dünyaya Türkün incəsənətdəki, kinodakı  vә mədəniyyətdəki yerini izah etməkdir".

 Menderes Dəmir  tədbiri dəstəkləyən hər kəsə təşəkkür edərək:" İnsanlar mədəniyyət vә  incəsənət vasitəsilə qardaşlıq duyğularını bir addım daha irəliyә daşıyaraq  geniş  ailəyә  sahib olan Türk millətinin ''dildə,  fikirdə vә  birlikdə''  şüarı ilə hərəkət etməsinə töhfə verirlәr. İnşallah  bir həftə ərzində İstanbul Universitetində keçiriləcək Türk Dünyası Sənədli Film Festivalı ilə İstanbulda Türk dünyası küləklərini әsdirәcәyik’’deyә vurğulayıb.

 Açılış mәrasiminә qatılan Türkmənistanlı rejissor, ssenarist və aktyor Hocakulu Narlıyev də Türk dünyası ilə bağlı həyata keçirilən tәdbirlәrin uğurlu alındığını qeyd edәrәk: "Türk millətlərinin bir-birini tanımasında kinonun böyük rolu var. Bir-birimizi tanısaq  aramızdakı qardaşlığı vә  bağları yenidən gücləndirәrik" deyib.

 Çıxışlardan sonra ‘‘Karvan 1915’’ filmi nümayiş olunub.

 Türk dünyası arasında dil və mədəniyyət birliyini təmin etmək məqsədilə keçirilәn  film həftəsinin ilki  keçən il Tatarıstanın paytaxtı Kazanda təşkil olunmuşdu.

 Türk Dünyası Jurnalistlər Federasiyası,Türkiyә  Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrә  Baş İdarəsi ilə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən dəstəklənən tәdbir oktyabrın 6-dәk davam edәcәk.



Әlaqәli Xәbәrlәr