Türkiyədə azərbaycanlı rəssamların sərgisi keçirilib

Kapadokyada fiziki imkanları məhdud iki gənc rəssam - Ramil Əhmədov və Behbud Cəfərquliyevin sərgisi keçirilib.

1032677
Türkiyədə azərbaycanlı rəssamların sərgisi keçirilib

Kapadokyada fiziki imkanları məhdud iki gənc rəssam - Ramil Əhmədov və Behbud Cəfərquliyevin sərgisi keçirilib.

Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü ilə bağlı təşkil edilmiş sərgiyə Türkiyə bələdiyyə başçıları, QHT və KİV rəhbərləri, təşkilat sədrləri, ziyalılar və yerli sakinlər qatılıb.

Sərginin açılışında millət vəkili Qənirə Paşayeva gənc rəssamların istedadlarından bəhs edib. Qeyd edib ki, bu 2 istedadlı gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digərlərindən geri qalmır, əksinə daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır.

Rəssamlar və ailə üzvləri onlara göstərilən dəstək üçün sərginin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər.

 

 

 

Mənbə: Trend informasiya agentliyi



Әlaqәli Xәbәrlәr