Qars şəhərində 444 mis Bizans sikkəsi tapıldı

Qars şəhərinin Kağızman qəsəbəsində elektirik dirəyinin tikintisi zamanı aparılan qazma işlərində üzərində İsa peyğəmbərin portreti olan orta əsrlərə aid 444 mis Bizans sikkəsi tapıldı.

1006115

Qəsəbənin Çayarası kəndində elektirik xəttinin tikinti işlərini aparan Aras Elektirik Paylanması Anonim Şirkəti (EDAŞ) işçiləri bir dirəyin təməl qazma işləri zamanı mis sikkələr tapdı. İşçilərin vəziyyəti jandarm dəstəsinə bildirmə nəticəsində bölgəyə ekipaj cəlb olundu.

X əsrə aid mis sikkələr Qars Şəhəri Muzey Müdirliyində vəzifəli 3 arxeoloqun tədqiq etməsindən sonra qəsəbədəki Jandarm Komandirliyinə aparıldı. Müəyyən rəsmi işlərdən sonra 444 mis Bizans sikkəsi  Qars Muzey Müdirliyi əməkdaşlarına təhvil verildi.   

Әlaqәli Xәbәrlәr