"Millətin duası" məşhur adları bir yerə topladı

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şəhidlik duası etdiyi və insanları hərbi salamladığı görüntülərin yer aldığı "Millətin duası" klipi məşhur adları bir yerə toplayıb.

960501
"Millətin duası" məşhur adları bir yerə topladı

   Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-də Suriyanın Afrin bölgəsinə qarşı başladığı Zeytun Budağı Hərəkatı başda olmaqla Vətən müdafiəsi üçün mübarizə aparan bütün əsgərlərə ithaf edilən mahnını Orxan Gencebay, İbrahim Tatlısəs, Çingiz Kürdoğlu, Yavuz Bingöl, Sibel Can, Seda Sayan, Alişan, Fəttah Can, Kütsi, Metin Şentürk və Elif Buse Doğan birlikdə səsləndirib.

  Dövlət Aparatı sözcüsü İbrahim Kalın, Yavuz Bingöl və Ümit Yılmazın söz və musiqisini yazdıqları mahnının aranjimanını Mete Artun edib.

  “Millətin duasında şamil olunan bütün vətən övladlarına" başlığı ilə diqqəti çəkən klip Türkiyə telekanallarda göstərilməyə başlayıb.

 Əməliyyatlarda şəhid olan əsgərləri yad etmək, veteranlara minnətdarlıq bildirmək, millətin dualarını onlara çatdırmaq və təşəkkür etmək məqsədilə hazırlanan klipdə Türkiyə əsgərinin əməliyyat görüntüləri və mahnını oxuyan sənətkarların studiya çəkilişləri yer alır. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın Hataydakı sərhəd məntəqəsinə səfəri və insanları hərbi salamlaması ilə başlanan klip onun Şəhidliyi ziyarəti və dua görüntülərilə sona çatır.



Әlaqәli Xәbәrlәr