İstanbul lalə festivalına hazırlaşır

Dünyanın ən böyük “lalə xalçası” dördüncü dəfədir hazırlanır.

948348
İstanbul lalə festivalına hazırlaşır

İstanbul Lalə Festivalı çərçivəsində toxunacaq lalə xalçasının hazırlıqlarına başlanılıb.

Dünyanın ən böyük “lalə xalçası” dördüncü dəfədir hazırlanır.

Lalələrin açmağa başladığı aprel ayında keçiriləcək tədbirdə sərgilənəcək xalçanın böyüklüyü min 743 kvadratmetr olacaq.

İstanbulun fəthinə həsr olunması məqsədilə hazırlanacaq xalçada 565 min lalədən istifadə edilir, müxtəlif rəngli lalələr müəyyən qaydada düzülür.

İndilik suyun içində gözlədilən lalələr xalça kimi formalaşmasa da turistlərin marağındadır. Həyəcanla tamamlanması gözlənilən lalə xalçanın açılış mərasimi aprelin 12-də olacaq.



Әlaqәli Xәbәrlәr