Beynəlxalq Media Təhsil Proqramının açılış mərasimi oldu

Türkiyə Radio Televiziya Qurumu (TRT) tərəfindən bu il 5-ci dəfəi keçirilən Beynəlxalq Media Təhsil Proqramı (UMEP) 70 ölkədən 162 media inümayəndəsinin iştirakı ilə başladı.

861661
Beynəlxalq Media Təhsil Proqramının açılış mərasimi oldu

Türkiyə Radio Televiziya Qurumu (TRT) tərəfindən bu il 5-ci dəfəi keçirilən Beynəlxalq Media Təhsil Proqramı (UMEP) 70 ölkədən 162 media inümayəndəsinin iştirakı ilə başladı.
 
 TRT-nin Türkiyənin yayımçılıq təcrübəsini dünya ilə bölüşmək məqsədilə Antalyada keçirdiyi açılış mərasiminə TRT-nin baş direktorunun müavini Erkan Durdu, Anadolu Xəbər Agentliyinin baş direktorunun müavini Mustafa Özkaya, Antalya Jurnalistlər Cəmiyyətinin sədri Mövlud Yeni və fərqli media qurumundan nümayəndələr iştirak etdilər.
 
 Televiziya və radio yayımçılığı, xəbər proqramları və yeni media sahəsinə aid təlimlərin, forumların, söhbətlərin keçiriləcəyi və sənədli filmlərin nümayiş olunacağı proqrama Türk respublikaları, Asiya, Avropa, Afrika, Latın Amerikası ölkələri və Qafqazdan gələn dövlət və özəl media işçiləri qatılıblar.
 
 TRT-nin təcrübəli mütəxəssis heyəti ilə yanaşı, müxtəlif özəl sektor əməkdaşlarının və media peşəkarlarının iştirak etdiyi proqram Türkiyə Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Anadolu Xəbər Agentliyi, Türkiyə Mətbuat,Yayım və İnformasiya Baş İdarəsinin dəstəyi ilə həyata keçirilir.
 
 TRT baş direktorunun müavini Durdu açılış mərasimində çıxış edərək bu proqramda ortaq dəyərlər ətrafında formalaşan yeni kommunikasiya şəbəkəsinin əsaslarının atılmasını arzuladı.

Durdu:"Türkiyə son illərdə bəşəriyyətin gələcəyi naminə regional və qlobal səviyyədə bir çox faydalı təşəbbüslər həyata keçirib və keçirməyə davam edir" dedi.
 
TRT baş direktorunun müavin Türkiyənin məzlum xalqların səsini dünya ictimaiyyətinə çatdırdığını, onlara dost əlini uzatdığını qeyd etdi, TRT-nin də bu prosesdə sərhədləri aşaraq yayımçılıq texnikasına yeni bir yanaşma təklif etdiyini bildirdi.
 
  Mərasimdə açılış nitqlərindən sonra sənədli film nümayiş olundu.
 
Beynəlxalq Media Təhsil Proqramı  dekabrın 14-də başa çatacaq.



Әlaqәli Xәbәrlәr