Azərbaycanda Türk filmləri ruzigarı əsir

Azərbaycanın paytaxtı Bakıda kinosevərləri 5 gün boyunca Türk filmləri ilə tanış edən Türk Filmləri Həftəsi başladı.

849374
Azərbaycanda Türk filmləri ruzigarı əsir

 Azərbaycanın paytaxtı Bakıda kinosevərləri 5 gün boyunca Türk filmləri ilə tanış edən Türk Filmləri Həftəsi başladı. 

Tanınmış aktyorlar, rejissorlar, prodüserlər Türk Filmləri Həftəsində görüşdülər.

Türk Filmləri Həftəsi rejissor Canər Erzincanın "Yeni Dünya" filmini nümayişi ilə başladı.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Yerli Düşüncə dərnəyinin təşkil etdiyi həftənin açılışına Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, AK Partiyanın Ordu millət vəkili Mətin Gündoğdu, prezidentin müşaviri Yalçın Topçu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan millət vəkilləri qatıldılar.

Yalçın Topçu açılış mərasimində çıxış edərək, prezident Rəcəb Tayyib Ərdoğanın salamını çatdırdı.

Azərbaycan və Türkiyənin ekiz qardaş olduğunu qeyd edən Topçu iki ölkə arasındakı siyasi əlaqələrin də prezident Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin səyləri ilə yüksək səviyyədə olduğunu bildirdi.

Topçu:"Bakının əlinə tikan batsa, Ankara bunu ürəyində hiss edər. Türkiyənin əlinə tikan batsa, Bakı bunu ürəyində hiss edər. Qardaşlığımız daha da möhkəmlənir. Bakı və Ankara iri olduqca, Türk və İslam dünyası daha da diri olacaq. Bu film həftəsi qardaşlığımızın daha da möhləmlənməsinə töhfə verəcəkdir" dedi.

Azərbaycanın  mədəniyyət naziri Əbülfəz Qarayev film həftəsinin Türk kinomatoqrafiyasını sevən azərbaycanlılar üçün böyük hədiyyə olduğunu söylədi.

"İki dövlət, bir millət" anlayışının iki ölkənin hər bir məsələdə birlikdə olmasının əsasını təşkil etdiyini vurğulayan Qarayev:"Türkiyənin hər bir məsələdə Azərbaycanın yanında olduğunu bilirik. İki ölkə olaraq çox böyük layihələr həyata keçiririk. Bu tədbirlər mədəniyyətlərimizin daha yaxşı tanıdılmasına böyük töhfə verəcək" deyə bildirdi.

Niyabrın 20-dək  davam edəcək film həftəsi ərzində bakılılar   "Yeni Dünya",  Bilal Babaoğlunun "Aşıq", Sinan Sertelin "Bir Gün Bir Uşaq", Alpər Çağların  "Dağ II" və EmrE Konukun "Çıraq" filmlərini bilet haqqını ödəmədən izləyəcə biləcəklər.
 
 Seanslardan sonra prodüser, rejissor və aktyorlar tamaşaçılar ilə görüşəcəklər.
 
 Türk Filmləri Həftəsi çərçivəsində rejissor və aktyorlar Bakı Dövlət Universiteti və Mədəniyyət və İncəsənət Universitetində keçiriləcək görüşlərə qatılacaqlar.



Әlaqәli Xәbәrlәr