Türkiyənin akademik orkestri Bakıda çıxış edəcək

Sentyabrın 22-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Türkiyənin Başkənd Akademik Orkestri çıxış edəcək.

810757
Türkiyənin akademik orkestri Bakıda çıxış edəcək

Sentyabrın 22-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Türkiyənin Başkənd Akademik Orkestri çıxış edəcək.

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil ediləcək konsertin solistləri türkiyəli ifaçılar olacaq.

Konsert çərçivəsində Xalq Artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Q.Qarayev adına Dövlət Simfonik Orkestri də çıxış edəcək.

Konsert proqramında dahi bəstəkarın və bir sıra dünya bəstəkarlarının əsərlərinə müraciət ediləcək.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr