Herakl sənduqəsi artıq Türkiyədədir

Təqribən 50 il əvvəl Türkiyədən qeyri-qanuni olaraq çıxarılmış Herakl sənduqəsi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsləri nəticəsində ölkəyə gətirildi.

807174
Herakl sənduqəsi artıq Türkiyədədir

Təqribən 50 il əvvəl Türkiyədən qeyri-qanuni olaraq çıxarılmış Herakl sənduqəsi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsləri nəticəsində ölkəyə gətirildi.

Antalya vilayətinin Aksu qəsəbəsindəki Perge antik şəhərindəki qaçaq qazıntı fəaliyyətləri zamanı tapılan və qeyri-qanuni olaraq ölkədən çıxarılmış Herakl sənduqəsi Nazirlik səlahiyyətliləri tərəfindən Cenevrədə təhvil alındı.

Cenevrə universitetində də nümayiş etdirilən sənduqə ötən gün Zürixdən Türk Hava Yollarına məxsus yük təyyarəsi ilə İstanbul Atatürk Hava Limanına gətirildi.

Xüsusi bir bağlamada mühafizə edilən sənduqə təyyarə ilə Antalyaya aparılacaq və Antalya Muzey Müdirliyində nümayiş etdiriləcək.



Әlaqәli Xәbәrlәr