İspaniyanın Valensiya şəhərində rəssam Yalçın Gökçebağın sərgisi

Türk rəssam Yalçın Gökçebağın "Anadolu ərazilərindən mənzərələr" başlıqlı sərgisi İspaniyanın Valensiya şəhərində açılıb.

747358
İspaniyanın Valensiya şəhərində rəssam Yalçın Gökçebağın sərgisi

Türk rəssam Yalçın Gökçebağın "Anadolu ərazilərindən mənzərələr" başlıqlı sərgisi İspaniyanın Valensiya şəhərində açılıb.

L'İber Muzeyində iyunun 11-dək gəzilə biləcək sərginin açılışı üçün təşkil edilən tədbirdə Türkiyənin Madrid səfiri Ömər Önhon, Valensiya yerli rəhbərliyindən səlahiyyətlilər, bəzi millət vəkilləri, sənət tənqidçiləri iştirak edib.

Tədbirdə çıxış edən səfir Önhon, Aralıq dənizinin "dost, səmimi və gözəl bir şəhəri Valensiyaya gəlməkdən məmnunluq duyduğunu" vurğulayıb.

Ressam Gökçedağın "Türkiyənin xüsusilə Əgə və Orta Anadolu bölgələrini seçərək, kənd həyatı başda olmaqla, Anadolunun mədəniyyətini, ənənələrini və həyatını rəsmə əks etdirdiyini" qeyd edən Önhon deyib ki, bu tabloların yüksək səviyyədə müsbət enerji verdiyini düşündüyümü ifadə etmək istəyirəm.

Türk müasir sənətinin qabaqcıl rəssamlarından Gökçebağ da Anadoludakı təbiət, insan və çöl həyatını əks etdirdiyi tabloları haqqında ispan sənətsevərlərə məlumat verib.



Әlaqәli Xәbәrlәr