Türkiyənin “Gizli cənnətləri”ndən Halfeti

Türkiyənin “Gizli cənnətləri”ndən Halfeti turizmin ulduzlarından olacaq.

723965
Türkiyənin “Gizli cənnətləri”ndən Halfeti

Türkiyənin cənub-şərqinin “gizli cənnəti” olaraq qəbul edilən Halfeti qəsəbəsində turizm sahəsində aparılacaq fəaliyyətlərə daha çox dəstək olunacağı bildirilib.

Birecik su anbarı gölünün istifadəyə verilməsi zamanı bir hissəsi sular altında qalan Halfetidə tarixi və təbii gözəlliklər diqqətləri cəlb edir.

Tarixi daş evləri və təbii gözəllikləri ilə Anadolunun cənub-şərqində "gizli cənnət" kimi tanınmış bölgədə turistlər xüsusilə bir hissəsi sular altında qalan "batıq şəhəri" qayıqlarla gəzirlər. Ziyarətçilər gəzərkən bir çox mədəniyyətə ev sahibliyi edən Rumkaleni uzaqdan da olsa görmək imkanı tapır.

"Turist sayında artım var"

Şanlıurfa vilayətinin valisi Güngör Azim Tuna bölgə haqqında məlumat verərək deyib ki, Halfeti turizmdə müəyyən yer tutmuş marka bölgədir. Xüsusilə cənub-şərqi Anadolunun iki əhəmiyyətli şəhəri olan Gaziantep və Şanlıurfaya yaxınlığı ilə də Halfeti turistləri cəlb edir. Bölgənin sahib olduğu potensial bütöv olaraq  dəyərləndirilməlidir. Bölgəyə bir günlük və qalmaq üçün gələn turist sayında ciddi artım var. Buraya gələn turistə göstərəcək nə qədər dəyərimiz varsa onları qorumalı, inkişaf etdirməliyik. Klunariya, əl sənətləri bunlardan bəziləridir. Xüsusilə qadınlarımızın bu sahədəki işləri diqqət çəkir. 2017-ci ilin turizm üçün daha səmərəli olmasını arzu edirik.



Әlaqәli Xәbәrlәr