“TRT öz sahəsində nümunədir”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan TRT-nin Türkcəmizə, milli və mənəvi dəyərlərimizə göstərdiyi həssaslığı mühafizə edərək, digər yayım qurumlarına nümunə olmağı davam etdirdiyini bildirib.

723451
“TRT öz sahəsində nümunədir”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Radio Televiziya Qurumunun (TRT) yaradılmasının 53-cü ildönümü münasibətilə TRT-nin baş direktoru Şenol Gökaya təbrik məktubu ünvanlayıb.

Ərdoğan bildirib ki, TRT Türkcəmizə, milli və mənəvi dəyərlərimizə göstərdiyi həssaslığı mühafizə edərək, digər yayım qurumlarına nümunə olmağı davam etdirir.

Dövlət başçısı TRT-nin xalqın gözləntilərinə cavabdəh olan yayım anlayışı ilə daha çox baxıldığını vurğulayaraq deyib ki, yarım əsrdən artıq təcrübəsi və biliyini güclü texnologiya ilə birləşdirən, yeni kanalları və müxtəlif dillərdəki yayımları ilə izləyici kütləsini artırmaqda davam edən TRT hal-hazırda dünya telekanalları arasında özünə etibarlı yer tutmuşdur.

Ərdoğan TRT-nin məktəb xüsusiyyətini yayım sahəsində davam etdirdiyinə də diqqət çəkib.

Digər tərəfdən Türkiyə Radio Televiziya Qurumunun (TRT) yaradılmasının 53-cü ildönümü münasibətilə baş direktor Şenol Göka və müşayiətindəki  TRT heyəti Anıtqəbiri ziyarət edərək Atatürkün məqbərəsinə əklil qoyub.

Anıtqəbir xatirə dəftərini imzalayan Göka TRT-nin səviyyəli və prinsipli yayım anlayışını qətiyyətli şəkildə davam etdirəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr