Fransız fotoqraf "2017 İstanbul Foto Mükafatları"nın birincisi oldu

Frederic Lafarguenin "DEAŞ-dan Qaçış" adlı fotosu Anadolu Xəbər Agentliyinin üçüncü dəfə təşkil etdiyi "İstanbul Foto Mükafatları"nda "İlin Fotosu" mükafatını aldı.

700782
Fransız fotoqraf "2017 İstanbul Foto Mükafatları"nın birincisi oldu

 Frederic Lafarguenin "DEAŞ-dan Qaçış" adlı fotosu Anadolu Xəbər Agentliyinin üçüncü dəfə təşkil etdiyi "İstanbul Foto Mükafatları"nda "İlin Fotosu" mükafatını aldı.
 
 "Paris Match" adlı həftəlik xəbər jurnalının əməkdaşı olan Frederic Lafargue hamilə bir qadının İraqın Mosul şəhərinə yaxın bir məhəllədən qaçışını göstərən bu fotoşəkli ilə böyük mükafata layiq görüldü. 
 
 Lafargue tədbirdə 17 ölkədən iştirak edən 22 fotoqrafdan biri idi.
 
 Türk Hava Yolları və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sponsorluq etdiyi müsabiqə 19 və 22 mart tarixləri arasında orta Anadolunun tarixi bir yeri olan Kapadokiyada keçirildi.
 
Müsabiqənin beynəlxalq fotoqraflardan ibarət jürisi təxminən 25 min fotonu dəyərləndirərək, qalibləri "Xəbər", "İdman", "Portret" və "Təbiət/Ekologiya" kateqoriyaları üzrə müəyyən etdi.
 
 Lafargue 10 min dollar məbləğində pul mükafatı qazandı. Digər kateqoriyaların qalibləri 133 min dollar məbləğində pul mükafatına layiq görüldülər. "Gənc Fotoqraf" mükafatına layiq görülən isə ayrıca 3 min dolların sahibi oldu.
 
 Mükafat alan fotolar İstanbuldakı Tophane-i Amirə Mədəniyyət və İncəsənət Mərkəzində aprelin 2-dək  sərgilənəcək.
 
 Müsabiqədə mükafat qazanan digər  əsərlər bunlardır:
 
 Azad fotoqraf Hosan Salemin "Qəzzada Küçə Təhsili" adlı fotosu "2017 İstanbul Foto Mükafatları"nda "Gənc Fotoqraf" mükafatına layiq görüldü.
 
 AFP-nin fotoqrafı Aris Messinis "2017 İstanbul Foto Mükafatları"nda "Xəbər" kateqoriyasında birinci mükafatın sahibi oldu.
 
 Hürriyet.Com.tr saytında işləyən Türk fotoqraf Mərd Gökhan Qoç "Türkiyədə Çevriliş Cəhdi" başlıqlı seriya fotoları ilə "Xəbər" kateqoriyasında üçüncü oldu.



Әlaqәli Xәbәrlәr