'ARTANKARA' sərgisinə  sabah start veriləcək

Ankara Ticarət  Palatası (ATO)  da    təşkil  ediləcək  sərgi  16-19 Mart tarixlərində 10.00-20.00 saatları   arasında   gəzilə  biləcək.

691984
'ARTANKARA' sərgisinə  sabah start veriləcək

Şəkildən heykələ, fotoşəkildən keramikaya qədər müasir sənətə  məxsus  ən yeni və qiymətli nümunələr nümayiş etdiriləcək olan növbəti  "ARTANKARA" Beynəlxalq Müasir İncəsənət   sərgisinə  20 ölkədən yüzlərlə sənətçi qatılacaq.

Sərgidə, Almaniya, Avstriya, Bolqarıstan, Çex Respublikası, Cənubi Koreya, Filippin, Fransa, İsveçrə, İtaliya, İngiltərə, İran, Gürcüstan, Yunanıstan, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Lixtenşteyn, Macarıstan, Makedoniya və Rusiyadan 600 sənətçi ilə 48 qalereya, muzey  və universitetlər   olmaqla   108 təşkilat   iştirak  edəcək.

2015-ci  ildə   ilk  dəfə  təşkil  edilən      sərgiyə  17 min, 2016-da isə 32 min sənətsevər  qatılmışdı. Cari  ildə   isə  iştirakçı   sayında   olduğu  kimi   ziyarət  edəcək olanların da   sayında   artım   gözlənir. 

 



Әlaqәli Xәbәrlәr