Yunanıstanda açılan sərgidə Türkiyə də iştirak edir

Maliyyə böhranı ilə mübarizə aparan Yunanıstan inkişaf planları çərçivəsində istehsalata üz tutub.

688457
Yunanıstanda açılan sərgidə Türkiyə də iştirak edir

Yunanıstan 2008-ci ildə qlobal maliyyə böhranından ən çox təsirlənən ölkələrdən biridir. Bu ölkə həmin tarixdən sonra maliyyə böhranını həll etməyin yollarını axtarır.

Maliyyə böhranı ilə mübarizə aparan Yunanıstan inkişaf planları çərçivəsində istehsalata üz tutub. Həmin çərçivədə bir sıra layihələrini Avropa İttifaqı ilə həyata keçirir. Bu layihələrdən birinin həyata keçirildiyi Thessalia (Tesalya) bölgəsinin paytaxtı Larisa gəniş miqyaslı Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisinə (Agrotesalı) sahibliyi edir.

Sərginin açılış mərasimində Türkiyənin Səlanik Baş konsulu Orxan Yalman Okan da qatılıb.

Fuarda Türkiyənin Sökə qəsəbəsindəki Ticarət Palatasından 50 iş adamının ikitərəfli görüşlər keçirdiyinə diqqət çəkən Okan Larisa Ticarət Palatası və Sökə Ticarət palatası arasında imzalanan protokolün da iki ölkə ələqalərinə dinamiklik qatacağını söyləyib.

20 min kvadratmetrlik sahədə açılan sərgidə 20 ölkə iştirak edib.

Stend açan müəssisə sayının 500 olduğu, 12 martadək açıq olacaq sərgini Türkiyə, Bolqarıstan və Makedoniyadan da insanların ziyarət etməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr