“Qızıl qlobus”un laureatları açıqlanıb

Sayca 74-cü “Qızıl qlobus” mükafatının təltifetmə mərasimi ABŞ-ın Kaliforniya ştatının Beverly Hills şəhərində keçirilib.

647014
“Qızıl qlobus”un laureatları açıqlanıb

Sayca 74-cü “Qızıl qlobus” mükafatının təltifetmə mərasimi ABŞ-ın Kaliforniya ştatının Beverly Hills şəhərində keçirilib.

“La-La Lend” filmi  “Ən yaxşı komediya və ya müzikl” nominasiyasında “Qızıl qlobus” mükafatını alıb.

Film “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor işi, musiqi  və orijinal mahnı” nominasiyalarında da mükafata yiyələnib. Əsas rolların ifaçıları Rayan Qoslinq və Emma Stoun da “Qızıl qlobus”a layiq görülüblər. 

”Ən yaxşı dramatik film” adına “Ay işığı”, “Dəniz sahilində Mançester” filmində rol alan Keysi Afflek “Ən yaxşı drama aktyoru”, “O” filmində  rol alan İzabel Yupper “Ən yaxşı drama aktrisası” adını qazanıblar. 

“Tac'' filmi “Ən yaxşı dramatik serial” seçilib.

 



Әlaqәli Xәbәrlәr