Müasir zaman səyyahları İstanbulda görüşəcəklər

İstanbulda "INFLOW Travel Summit 2016" keçiriləcək.

573093
Müasir zaman səyyahları İstanbulda görüşəcəklər


 Səyahət trendlərinin sürətlə dəyişməsi və şaxələnməsində böyük rol oynayan dizaynerlər, bloqqerlər, fotoqraflar və sosial media fenomenlərinin qatılacağı "INFLOW Travel Summit 2016" 24-25 noyabrda İstanbulda keçiriləcək.
 
 Türk Hava Yolları və TAV-ın baş sponsorluğunda, Mədəniyyət və Turizm Nazirliyi və TÜRSABIN dəstəyi ilə keçiriləcək tədbir foto, video və yazıları ilə milyonlarla adamın səyahət seçiminə istiqamət verən dizaynerlər, bloqqerlər və sosial media fenomenlərini bir araya gətirəcək.
 
 "INFLOW Travel Summit 2016"-nın iştirakçıları arasında "Follow Me To" konsepsiyasında çəkdiyi fotoşəkillərlə məşhurlaşan Murad Osmaninin və mədəniyyət proqramları ilə yaxından tanınan zərb alətləri ifaçısı Ayxan Sicimoğlu ilə  yanaşı, Türkiyədən və dünyanın müxtəlif ölkələrindən səyahət dünyasına istiqamət verən insanlar var.
 
 Tədbirdə keçiriləcək panellərdə sektor peşəkarlarının və öndə gedən brendlərin iştirakı ilə, rəqəmsal marketinq dünyasının səyahət bölümü müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr