Əliliyi olan insanların teatrı yaradıldı

Azərbaycanın paytaxtı Bakıda əlilliyi olan aktyorlardan ibarət müstəqil ƏSA Teatrı yaradılıb

568618
Əliliyi olan insanların teatrı yaradıldı

  Teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə teleqraf.com-a açıqlamasında deyib: “Hazırda heyətimiz on iki nəfərdən ibarətdir. Əsas heyəti əlilliyi olan aktyorlar təşkil edir. Lakin əlilliyi olmayan aktyorlar da bu teatrda fəaliyyət göstərə biləcək.

  Dünyada əlilliyi olan və ya daun sindromlu aktyorlardan ibarət teatr olsa da, sayları çox azdır.

  ƏSA Teatrı Azərbaycanda bir ilkə imza atır və gələcəkdə gördüyü işlərlə incəsənətin sərhəd və əngəl tanımadığını təsdiq edəcək.

  Hazırkı dövrdə bu teatr Azərbaycan teatrının sözün əsl mənasında əsası olacaq”.

  Teatrın bədii rəhbəri oktyabr ayının əvvəlində ilk tamaşalarının premyerasının olacağını deyir. Hazırda tamaşanın məşqləri gedir.

  Qeyd edək ki, teatrın direktor vəzifəsini gənc insan, motivator, “Uğurun xəritəsi” kitabının müəllifi Murad Məmmədov daşıyacaq.



Әlaqәli Xәbәrlәr