Monica Molina Bodrumda konsert verəcək

İspaniyalı müğənni Monica Molina avqustun 23-də Bodrumda pərəstişkarları ilə görüşəcək

553100
Monica Molina Bodrumda konsert verəcək

12-ci Beynəlxalq D-Marin Klassik Musiqi Festivalı çərçivəsində, "Mar Blanca" albomundakı yeni mahnılarını səsləndirəcək müğənnini Tony Cuencanın dirijorluq etdiyi Sinema Simfonik Orkestri müşayiət edəcək.

Konsert D-Marin Turgutreisdə olacaq.

"Tu Despedida", "Vuelo", "De Cal y Arena" və "A Vida" adlı albomları olan müğənni Türkiyədə ön və arxa qapağının fotoşəkillərində İstanbul Boğazının yer aldığı "Autorretrato" albomu ilə tanınır. Müğənninin vətənində hər albomu  "platin" satış statusu qazanır.

İspaniyanın əfsanəvi aktyoru və müğənnilərindən olan  Antonio Molinanın qızı və aktyor Angela Molinanın bacısı olan Monica Molina həm də aktrisadır.


 



Әlaqәli Xәbәrlәr