Bodrum limanı Aralıq dənizinin ən gözəl limanları arasındadır

Alman internet səyahət və turizm saytı “travelbook.de” Aralıq dənizinə sahili olan ölkələrin görülməli limanlarının siyahısını hazırlayıb.

552591
Bodrum limanı Aralıq dənizinin ən gözəl limanları arasındadır

Alman internet səyahət və turizm saytı “travelbook.de” Aralıq dənizinə sahili olan ölkələrin görülməli limanlarının siyahısını hazırlayıb. Siyahıda Türkiyənin Muğla vilayətinin Bodrum qəsəbəsindəki liman Aralıq dənizinin ən gözəl 8 limanı arasına daxil edilib.

Dəyərləndirmədə Bodrum üçün bu ifadələrdən istifadə edilib; “Ağ şəhər”, “Dənizçi cənnəti”, “Şəhərin maraqlı ağ evlərinə, içində sualtı arxeoloji müzeyi olan tarixi Xaçlı qalası (Əziz Peter qalası) hakimdir. Köhnə limanla yanaşı bir neçə ildir xidmət göstərən yeni yaxt limanı da şəhərə olan marağı artırır. Həmçinin ziyarətçilər burada dünyanın 7 möcizəsi arasında olan Halikarnas mavzoleyinin qalıqlarını da görə bilər”.

Siyahıda Bodrumla yanaşı Aralıq dənizinin ən gözəl 8 liman şəhəri bunlardır:

İsrail- Akko limanı

Türkiyə- Bodrum

Fransa- Cannes

Yunanistan- Chania

İspaniya- Malaga

İtaliya- Portofino

Mərakeş- Tangər

İtaliya- Trani



Әlaqәli Xәbәrlәr