Türkiyə Ukraynada sabah start alacaq festivalın qonaq ölkəsidir

Türkiyə Ukraynada sabah start alacaq “9-cu Odessa Film Festivalı”nda qonaq ölkə kimi iştirak edəcək.

529487
Türkiyə Ukraynada sabah start alacaq festivalın qonaq ölkəsidir

Türkiyə Ukraynada sabah start alacaq “9-cu Odessa Film Festivalı”nda qonaq ölkə kimi iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, Ukrayna ilə Şərqi Avropanın ən önəmli film festivallarından biri sayılan tədbir 15-23 iyul tarixlərində keçiriləcək.

Festivalın “Qonaq ölkə Türkiyə” hissəsində Türk kinosunun son vaxtlardakı önəmli filmləri arasında yer alan Nazirliyin dəstəklədiyi “Kəpənəyin Röyası”, “Albom”, “Sarmaşıq” və “Kalandar Soyuğu” filmləri tamaşaya qoyulacaq.

Türk kinosunun klassikləri arasında göstərilən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görüntüsü yenilənən Yılmaz Günəyin “Umud” filmi də fəstivalda nümayiş etdiriləcək.

Türkiyə həmçinin 25 avqust-5 oktyabr tarixlərində dünyanın önəmli festivallarından biri qəbul edilən “40-cı Montreal Beynəlxalq Film Festivalı”, 20-27 oktyabrda isə Hindistanın önəmli tədbirlərindən “18-ci Mumbai Film Festivalı”nda qonaq ölkə kimi iştirak edəcək.



Әlaqәli Xәbәrlәr