Türkiyə kinosu Ərdəbildə

Türkiyədə kinonun keçdiyi mərhələlər, ədəbiyyat-kino əlaqələri, Nuri Bilge Ceylanın filmləri, TV seriallarının kinoya təsiri, Yılmaz Güneyin kinoya baxışı və İran kinosunun beynəlxalq uğurları

508177
Türkiyə kinosu Ərdəbildə

  Kinofilm yazıçısı Rıza Oylum İranın Azərbaycan əyalətinin Ərdəbil şəhərində Türkiyə kinosu və ədəbiyyatıyla bağlı konfrans təşkil edib.

  Yılmaz Güneyin “Ümüd” filminin də göstərildiyi tədbirdə Türkiyədə kinonun keçdiyi mərhələlər, ədəbiyyat-kino əlaqələri, Nuri Bilge Ceylanın filmləri, TV seriallarının kinoya təsiri, Yılmaz Güneyin kinoya baxışı və İran kinosunun beynəlxalq uğurları barədə danışılıb.

  Ərdəbilin Sinematek Mərkəzində keçirilən bu konfransda iki ölkə film dünyasının qarşılıqlı şəkildə nələr edə biləcəyi fikirləri də müzakirə olunub.

  Bundan başqa, Rıza Oylumun dünyanın tanınmış rejissorları haqqında “Kino dərsləri” (Sinema Dersleri) kitabının da fars dilinə tərcüməsilə bağlı işlər görülməsinə başlanılıb.



Әlaqәli Xәbәrlәr