"TRT izləmə günləri" başladı

Türkiyə Radio və Televiziya Qurumu  (TRT) tərəfindən Antaliyada təşkil edilən "TRT İzləmə günləri" 25 ölkənin media mənsublarının iştirakı ilə başlayıb.

479413
"TRT izləmə günləri" başladı

Türkiyə Radio və Televiziya Qurumu  (TRT) tərəfindən Antaliyada təşkil edilən "TRT İzləmə günləri" 25 ölkənin media mənsublarının iştirakı ilə başlayıb.

TRT-nin  Program, Satış və Marketinq direktoru Meltem Tümtürk Akyol media sektorunda TRT-nin və Türkiyənin həyata keçirdiyi layihələr, bu vaxta qədər etdikləri və perspektivdə nəzərdə tutulanlar barədə qonaqlara məlumat verib. O, mərasimə  25 ölkədən 50-si əcnəbi olmaqla  təxminən 100 media mənsubunun qatıldığını bildirib.

Tədbirə marağın sıx olduğunu söyləyən M. Akyol "Latın Amerikasından, Boliviya, Orta Şərqdən, Livan, İordaniya, Balkan ölkələrindən marağın durmadan artığını vurğulayıb.

Tədbir çərçivəsində “Türkiyədə televiziya dünyagörüşü”, “Türk seriallarının əcnəbi ölkələrdə yaratdığı maraq”, “TRT-nin sənədli filmləri”, “Latın Amerikasında Türk seriallarına olan maraq” və digər başlıqlar altında panellər həyata keçiriləcək.

Seriallar və film qəhrəmanlarının media mənsubları ilə bir araya gələcəyi və söhbətlər aparacağı “TRT İzləmə günləri”  mayın 1-də sona çatacaq.



Әlaqәli Xәbәrlәr