Əmin Alpǝr ǝn yaxşı rejissor mükafatına layiq görülüb

34-cü Beynəlxalq Fecr Film Festivalında ən yaxşı rejissor mükafatına “Abluka” adlı kino filminǝ görǝ Türk rejissor Emin Alpǝr layiq görülüb.

478082
Əmin Alpǝr ǝn yaxşı rejissor mükafatına layiq görülüb

İranın paytaxtı Tehranda təşkil edilən 34-cü Beynəlxalq Fecr Film Festivalında ən yaxşı rejissor mükafatına “Abluka” adlı kino filminǝ görǝ Türk rejissor Emin Alpǝr layiq görülüb.

Vəhdət Salonunda təşkil edilən mərasimdǝ mükafatını alan Emin Alpǝrin ikinci kinofilm olan “Abluka” Türk, Qǝtǝr və Fransız ortaq istehsalıdır.

Film, siyasi şiddətin hökm sürdüyü mühitdǝ hǝyatını davam etdirmǝyǝ sǝy edǝn iki qardaşın hekayəsini tǝsvir edib.

Xatırladaq ki, 33-cü Fəcr Film Festivalının ǝn yaxşı rejissor mükafatına, “Kar piratları” filminin rejissoru Faruk Hacıhafızoğlu layiq görülmüşdü.



Әlaqәli Xәbәrlәr