66-cı Kann kinofestivalının münsiflər heyətinin tərkibi müəyyənləşib

‘‘Mad Maks’’  filmlәrinin  rejissoru  Corc  Millerin  sәdirlik edәcәyi  münsiflәr heyәtindә  dörd qadın vә dörd kişi  rejissor da var.

478179
66-cı Kann kinofestivalının münsiflər heyətinin tərkibi müəyyənləşib

Fransanın Kann  şәhәrindә  mayına 11-22  tarixlәrindә  keçirilәcәk  festivalda Macarıstanlı rejissor Laszlo Nemes, Fransız rejissor Arnaud Desplechin, İtaliyalı rejissor  Valeriya Golino, ABŞ-lı aktrisa Kirsten Dunst, Danimarkalı aktyor Mads Mikkelsen, Kanadalı aktyor Donald Sutherland, Fransız aktrisa Vanessa Paradis  vә İranlı  prodüser Katayoon Shahabi  dә münsiflәr  heyәtinin üzvü kimi iştirak edәcәk.

  Festivalda  Pedro Almodovar, Ken  Loaç, Sean Penn, Xavier Dolan, Paul Verhoeven və Dardenne qardaşların filmləri ilә yanaşı 17 film əsas nominasiyalarda  ‘‘Qızıl Palma’’  mükafatı  üçün yarışacaq.



Әlaqәli Xәbәrlәr